LAÇIN YOLUNDA AKSİYANIN 10-CÜ GÜNÜ: etirazçılara isti geyim verildi, bəyanat yayıldı - MƏTN (FOTOLAR/Yenilənib)
21-12-2022 [19:20]
Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.
Mia.az xəbər verir ki, gün ərzində davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunan fasiləsiz dinc aksiya iştirakçıları hər kəsi ekologiyanı qorumağa çağırırlar.
Belə ki, ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.
***
Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.
Mia.az xəbər verir ki, sərt hava şəraiti nəzərə alınaraq, aksiya iştirakçılarına ictimaiyyətdən müxtəlif dəstək göstərilir.
Belə ki, bu gün “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ictimai dəstək nəticəsində toplanmış papaq, əlcək, şərf və digər isti geyimləri aksiya iştirakçılarına paylayıblar.
Sərt hava şəraitinin davam etməsi nəzərə alınaraq qarşıdakı günlərdə də aksiya iştirakçıları müvafiq isti geyimlərlə təmin olunacaq.
Hazırda aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər/Report.
***
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına minik avtomobillinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Mia.az xəbər verir ki, bu gün günorta saatlarında Xankəndindən Laçın istiqamətində Rusiya sülhməramlılarına məxsus "Toyota" markalı avtomobil keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, aksiya davam edir.
***
Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
“Biz, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora qarşı keçirilən dinc etiraz aksiyasının 2022-ci il dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi, müzakirələrin yerdə real vəziyyəti əks etdirməməsi ilə bağlı təəssüfümüzü ifadə edirik.
Ermənistan və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın bu platformadan birtərəfli şəkildə sui-istifadə etmələri, beynəlxalq ictimaiyyəti çaşdırmaları və çirkin propaqanda aparmaları qəbuledilməzdir. Bu kimi arzuolunmaz cəhdlər regionda davamlı sülhün əldə olunmasına xidmət etmir, əksinə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan, Qarabağda olan kriminal işbazlar və bir sıra müharibə cinayətkarları da qəsdən yerli əhalini öz siyasətlərinin girovuna çevirir və onların Azərbaycan tərəfi ilə təmaslarına imkan vermir, süni “humanitar fəlakət” ab-havası yaratmağa çalışırlar.
Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında tamamilə əsasız şəkildə Ermənistanın Azərbaycanın suveren əraziləri haqqında iddialarla çıxış etməsi qəbuledilməzdir və bu cür yanaşma Təhlükəsizlik Şurasının təməl prinsiplərinə ziddir.
Bir daha bildiririk ki, etiraz aksiyası dinc xarakter daşıyır və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ətraf mühitə bərpa olunması mümkün olmayan zərərin vurulmasına son qoyulması istiqamətində şüarlar səsləndirirlər. BMT Təhlükəsizlik Şurasındakı müzakirələrin haqlı narahatlığımızı nəzərə almamasını vətəndaş cəmiyyətinə sayğısızlıq, qərəzli münasibət və selektiv yanaşma kimi dəyərləndiririk.
Təəssüflə vurğulamaq istəyirik ki, dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas qurum kimi BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı. BMT Təhlükəsizlik Şurasının ikili standartların girovuna çevrilməsi təəssüf doğurur.
Etiraz aksiyasının keçirildiyi yerdən medianın, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin verdiyi məlumatlardan aydın görünür ki, humanitar yük, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım və digər humanitar nəqliyyat vasitələri sərbəst hərəkət edə bilir və bunun üçün aksiya iştirakçıları tərəfindən hər bir şərait yaradılır. Həmçinin ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin humanitar problemlərinin operativ şəkildə həlli üçün QHT-lər tərəfindən qaynar xətt yaradılıb. Buna görə də, erməni əsilli sakinlərin guya “blokada”ya alınması kimi iddiaların heç bir əsası yoxdur.
Biz aksiya iştirakçıları olaraq Laçın yolunun hərbi məqsədlər üçün istifadə olunmasına, təbii sərvətlərimizin talan edilərək ölkədən çıxarılmasına son qoyulmasını tələb edirik. Laçın-Şuşa-Xankəndi yolu Azərbaycan Respublikasının suveren ərazisidir.
Biz həmçinin Ermənistan hakimiyyətinin, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin erməni əsilli sakinləri təhdid etməsinə, onların Azərbaycana reinteqrasiyasına bütün vasitələrlə maneə olmasına qəti etiraz edirik. Biz erməni əsilli sakinlərlə birgə yaşayışa dəvət edirik.
Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar problemləri olduğu halda, onların aradan qaldırılması üçün bütün resurslarımızı səfərbər etməyə hazır olduğumuzu bir daha bəyan edirik”.
***
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.
Mia.az xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya bu gecə də fasiləsiz davam edib..
Hazırda havanın soyuq olmasına və qar yağmasına baxmayaraq, dinc aksiya iştirakçıları Azərbaycanın Dövlət Himni oxuyur, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər/Report.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
P.S. Fotolar Report-a məxsusdur.
Qəzzada aclıq: 3 nəfər də ölüb
Qurban Qurbanovun Elxan Məmmədovu toya dəvəti müzakirə yaradıb - Stulun biri 400 manat olub? + FOTO
Türk futbolçunun sevgilisi məşhur model imiş - FOTOLAR
Yəməndən İsrailə PUA hücumu: Ramon hava limanını bağlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə erməni təxribatı: erməni əsilli sakin polisə silahlı müqavimət göstərib, yaralanan var (ANBAAN VİDEO) - YENİLƏNİB
İlham Əliyev Xocavənd sakinləri ilə bir arada: "Heç kim bizim qabağımızda dura bilməz" (FOTOLAR)
Qarabağ Universitetinin Klinikası və tədris korpusunun açılışı oldu - Prezident tədbirdə + FOTOLLAR
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb
İlham Əliyev Xocalı rayonunun Şuşakənd kəndinə gedib - FOTOLAR
Prezident Qırmızı Bazar qəsəbəsində - FOTOLAR
Prezident İlham Əliyev Sos kəndində olub - FOTOLAR
İLHAM ƏLİYEV HADRUTDA: Prezident sakinin evinə baş çəkdi, məscidin açılış oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Füzulidə - FOTOLAR
Sabah yağış yağacaq
Türk Dünyası Sığorta Birliyi Şuşada: yeni sənəd imzalanıb (YENLƏNİB)
Şəmkirdə qəza: iki nəfər ölüb (Yenilənib)
Ceyhun Bayramov Qətərə gedib
Qalmaqal yaradan aparıcı jurnalistikadan getdi: "Bu, mənə bir daha sübut etdi ki..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
20 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI
Zakir Həsənov: "Xəbər məni hədsiz kədərləndirdi"
Yeni dərs ilimiz mübarək! - Vahid Tağıyev yazır
Xocalıda daha bir ilk - Daşbulaq kəndinə 13 ailə köçürülüb
Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq yayılıb
Bakıda dələduzlar saxlanılıb
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Musa Qurbanlının toy məclisi: şənlik bitdi, söz-söhbət bitmədi - "Toyda musiqinin olmaması hansı dinin və hansı millətin adətidir?"
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və...
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verildi
6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim...
Qubada 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istəyiblər
XOCALININ DAHA BİR KƏNDİNƏ İLK KÖÇ OLUB
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“1992-ci ildə istefa verəndə Heydər Əliyevə zəng vurdum…” – Həsən Həsənovdan maraqlı açıqlamalar (VİDEO)
Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... - İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)
Salyanda 62 yaşlı şəxs güllələnib
Qəzzada ölənlərin sayı 64756 nəfərə çatıb
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - VİDEO
"Artıq Putinə səbrimiz tükəndi" - Trampdan hirsli mesaj
"Differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır" - Ekspert rəsmi şəxsin "əsası"nı əsassız saydı
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
Almaniya Rusiya səfirini XİN-ə çağırıb - Etiraz verildi
Premyer Liqa: V və VI turun oyun proqramı açıqlanıb