Zakir Həsənov Türkiyəyə səfər edib (yenilənib)

img

21-12-2022 [12:22]


Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Ukraynadan Türkiyəyə qayıdan "A400m" təyyarələrinin pilotları və onların ailələri ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər həmin pilotların ailələrinə hədiyyələr veriblər.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar vəzifəni uğurla yerinə yetirən pilotları təbrik edib.

***

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 20-də Türkiyəyə səfər edib.

Mia.az xəbər verir ki, keçiriləcək görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA