PREZİDENT GENERALI RƏİS TƏYİN ETDİ - Keçmiş rəisə isə...

img

20-12-2022 [13:42]


Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi Aqil Babayev vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Səərncama əsasən,onun yerinə Azər İbrahimov təyin edilib.

Xatırladaq ki, Azər Oqtay oğlu İbrahimov bu vəzifəyə qədər Dövlət Sərhəd Xidmətində Baş İdarə rəisi vəzifəsində işləyib.

Prezident İlham Əliyevin sərəncamı ilə ona 16 avqust 2018-ci ildə general-mayor rütbəsi verilib. “Azərbaycan bayrağı”, “Hərbi xidmətlərə görə” və s. orden-medallarla təltif edilib. Azər İbrahimovun 44 günlük Vətən müharibəsində döyüşdüyü və Cəbrayıl istiqamətində düşmənə qarşı əməliyyatlarda fərqləndiyi bildirilir. O, Prezidentin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə də təltif edilən generallardan biridir.

Akademiyanın sabiq rəisinə gəldikdə isə, Aqil Babayevə DSX-nin Aparatında başqa vəzifə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA