Laçın yolundakı aksiyanın 7-ci günü: yeni şüarlar səsləndirilir

img

18-12-2022 [10:00]


Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 7 gündür gecə-gündüz davam edir.

Mia.az xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Belə ki, dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.

Qeyd edək ki, ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Onlar tələbləri yerinə yetirilməyənə qədər buradan çəkilməyəcəklərini bildirirlər.

Dinc aksiya iştirakçıları mədənlərin qanunsuz istismarına, ekoloji terrora qarşı və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA