İlham Əliyev: “Azərbaycanın külək və günəş enerjisinin həcmi 24 qiqavatdan çoxdur”

img

17-12-2022 [13:54]


“Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 24 qiqavatdan çoxdur”.

Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.

O bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi 157 qeqavat təşkil edir: “Biz ölkəmizin strateji investorlarından biri ilə 2027-ci ilə qədər 3 qeqavat külək və 1 qeqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onun 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər biz ən azı 6 qeqavatlıq əlavə güc yaratmağı planlaşdırırıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA