MM-də ZAKİR QARALOVLA XANLAR VƏLİYEV "TOPA TUTULDU": "O və Hərbi prokuror dövlətə yalan danışıb" - "Həmin müstəntiqlər təkrar bu sistemdə çalışacaqsa, o zaman..."
17-12-2022 [01:10]
“Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc deyib.
O bildirib ki, 5 ildən sonra alnıaçıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin: “Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular. Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkliatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları Hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır”.
Deputat vurğulayıb ki, torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir: “Saya diqqət yetirin, “samosudçu”lar və Hərbi Prokurorluq bir taboru, xüsusi vurğulayıram, bir taboru ermənilərin şantajına boyun əkməkdə ittiham edib. Belə adamlar niyə gedib Ermənistanda müstəntiqlik etmirlər? Hərbçilərə işgəncə verəndə düşmən sevinirmiş ki, onların gücü çatmadığı işi bunlar görür. Lakin Baş Prokurorluq sübut etdi ki, xəyanət dosyesi saxtadır. Bax, Vətən müharibəsində qələbəmizin sirri bundadır”.
.jpg)
Deputat qeyd edib ki, Türkiyədə Ergenekon və Balyoz əməliyyatları ilə şifrələri dəyişib 588 şəxsi həbs edən, dostu düşmən, xaini sadiq göstərən, dövləti daxildən sarsıtmağa və ordu ilə rəhbər arasında nifaq salmağa çalışanlar eyni əməli 2017-ci ildə ölkəmizdə təkrarladılar: “Dəyişdirilmiş parollara görə tələyə düşənlər savadsız və maymaq komandirlər, müstəntiqlər və hərbi prokurorluq idi. Casusluq dosyesindənsə, ən çox ziyan çəkən dövlətdir. Lakin Prezident İlham Əliyev düşmənlərin planlarına qalib gəldi. İstintaqın əlinin çatmadığı 100 minlərlə döyüşçü ilə yanaşı, azadlıqda olan zərərçəkən şəxslər də ermənilərlə igidliklə vuruşaraq düşmənə əsir düşmədilər. İstintaqsa, onlardan satqın düzəltmək istəyirdi. Prezidentin tapşırığı ilə Baş Prokurorluq elə bir qərar qəbul etdi ki, bir daha hüquq tariximizdə belə ləkəli hadisə təkrarlanmasın.
Aprel döyüşlərindən sonra 405 adamı linç etdirən düşmən qələbəmizdən sonra görün hansı təxribatları hazırlayır. O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar?! Onlar xalqın etibarını itiriblər. Ona görə də Hərbi Prokurorluğu ləğv edib Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlatmaqda fayda var”.
Zahid Oruc qeyd edib ki, zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir: “Daha 12 nəfərlə bağlı da obyektiv qərar çıxarılacağına inanırıq. Nə qədər ki, cinayətkarlar azadlıqdadır, onların növbəti saxta casusluq və xəyanat ssenarasi ilə orduya və dövlətə qarşı qəsdlər davam edəcək”.
Deputat xatırladıb ki, Respublika Baş Prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir: “Yalnız cənab Prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərəçəkən şəxsin işini yenidən icraata qəbul edərək ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər”.
Mia.az xəbər evrir ki, deputat Qənirə Paşayeva Milli Məclisdə "Tərətər işi"ndən danışıb:

“Tərtər hadisələrində işgəncə verənlər, işgəncə əmrini verənlər hardadılar? Cəmiyyət bu adamları, bu adamların ən ağır cəza almasını görmək istəyir. Hardadır bu müstəntiqlər? Bu müstəntiqlər təkrar bu sistemdə çalışacaqsa, o zaman Azərbaycan xalqının hüquq-mühafizə orqanlarına necə inamı ola bilər?”.
Onun sözlərinə görə, həmin işgəncəni verənlərin hansı cəzanı alması televiziya ekranlarında xalqa göstərilməlidir: "Bu işi aparan müstəntiqləri Azərbaycan cəmiyyəti görməlidir. Həmin işi casusluq maddəsi ilə aparan müstəntiqləri Azərbaycan xalqı görməlidir. Biz görməliyik. Mən şəxsən bu üzrü gözləyirəm. Burdan danışıram. Mənə casusları müdafiə edirsiniz deyənlər – özləri yaxşı bilir kimlər idi, çıxsınlar üzr istəsinlər. Demək biz casusları deyil, ədaləti müdafiə edirmişik”.
O, həmçinin bu işin ədalətlə açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib: “İnanıram ki, televiziyalarımız bəraət alan insanlar barədə geniş verilişlər verəcəklər ki, onların balaları məktəbələrə o psixoloji təzyiq olmadan alnı-açıq, üzüağ getsin. Onların valideynlərin yaşadığı o acı ən azı biraz yumşalmış olsun”.
MİA.AZ
Baş məşqçi: "Bu komandanı Super Liqaya çıxarmaq üçün çalışacağıq"
Şamaxı rayonunda zəlzələ olub
Nadir şahdan bu günə: İran – Türkiyə – Səudiyyə Ərəbistanı üçbucağı
"İnter" Türkiyə millisinin üzvü ilə müqaviləni uzadır
İranda üç günlük milli matəm elan edib - Məsud Pezeşkianın iştirakıyla yürüş də keçiriləcək
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib