AZƏRBAYCAN RƏSMİLƏRİ SÜLHMƏRAMLILARLA YENƏ GÖRÜŞDÜ: "Qızılbulaq” və “Dəmirli” yataqlarına növbəti dəfə baxış keçirilməsinə şərait yaradılmayıb

img

16-12-2022 [13:32]


İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti və “AzerGold”QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.

Mia.az xəbər verir ki, bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov açıqlama verib.

Onun sözlərinə görəki, görüşdə bir daha qeyd olunub ki, təqdim edilən yol xəritəsinə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır: "Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb".

Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırlmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA