Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16-10-2022 [00:05]
Qoç - günün ilk yarısında problemlərin sayı artacaq. Diqqətli olun, sərvaxt davranın. Alacağınız təkliflərin əksəriyyəti ilk baxışdan məntiqli təsir bağışlasa, şirin vədlərə aldanmayın. Qüvvələrinizlə potensialınızı dürüst qiymətləndirin. İllüziyalara qapılaraq arzular aləmində "qərq" olmayın.
Günün ikinci yarısında uzaqdan maraqlı xəbər alacaqsınız. Formalaşan situasiyanın məqamlarını nəzərə alaraq nüanslardan faydalanın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün məntiqli olun, kiçik işlərə həddən artıq vaxt sərf etməyin.
Axşam saatlarında normal istirahət edin.
Buğa - emosional fonunun çox pisləşəcəyi, əsəblərin tarıma çəkiləcəyi zamandır. Yaşanan prosesləri dəyərləndirərkən yanılmayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə həssas olun. Yaxın ətrafınızdakı insanlarla təmasların formatını müəyyənləşdirin, hədəfləri konkretləşdirin.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Maraqlı ideyalar, kommersiya layihələri ola bilər. Potensialınızın hədlərindən kənarda olan işə, genişmiqyaslı layihəyə başlamayın. İrreal vədlər verərək özünüzü ağır duruma salmayın.
Səhhətinizdə kiçik problemlər ola bilər.
Əkizlər - günün informasiya fonu əlverişlidir. Görəcəyiniz işləri müəyyənləşdirmədən fəaliyyətə başlamayın. Diqqətli olun, sərvaxt davranın. Tərəfdaşlıqla bağlı təklifləri müakirə edin, şərtləri müəyyənləşdirin. Yeni tanışlarla diskussiyalar zamanı aqressiv və sərt olmayın. Məsləhətləri qulaqardına vurmayın.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Qərarlarınızda iradəli, əzmli olun. Bəzi addımları atmazdan əvvəl düşünüb-danışmaq gərəkdir.
Dəyər verdiyiniz insanların qədrini bilin. Mənasız iradlar və səbəbsiz tənqidlər münasibətləri korlaya bilər.
Xərçəng - soyuqqanlı və məntiqli olun. Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək "saf" qərarlar verməyin.
Peşəkar fəaliyyətlə bağlı maraqlı təkliflər alacaqsınız. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil.
Günün ikinci yarısında passiv olmayın. Süstlük və tənbəllik bu gün əsas düşmənlərinizdir. Axşam saatlarında gəzintiyə çıxın.
Şir - günün ilk yarısı həftənin ən uğurlu dönəmidir. Yaranan fürsətlərdən, əlinizə düşən şanslardan maksimal dərəcədə istifadə edin. Aktiv və zəhmətkeş olsanız, rəqiblərinizi asanlıqla üstələyə bilərsiniz. Ətalətə qapılmayın. Kiçik sədlər və xırda maneələr sizi məqsədə aparan yoldan döndərməməlidir.
Günün ikinci yarısında işgüzar aktivliyi bir qədər azaldın. Əks təqdirdə izafi yorğunluq hiss edə bilərsiniz. Maliyyə məsələlərinin təhlili üçün yaxşı zamandır.
Daşınmaz əmlakınızın sənədləşdirilməsi ilə bağlı işləri təxirə salmayın. Qonşu ilə mənasız dartışmalara başlamayın. Hüquqlarınızın tapdandığınızı düşünürsünüzsə, məhkəməyə ərizə ilə müraciət edin.
Axşam saatlarında alış-verişə yollananda zəruri olmayan əşya və ya məhsul almayın.
Qız - mobil telefonunuz, hələ də, yaxşı işləyirsə, onu yenisi ilə əvəzləməyə nə ehtiyac var? Zaman keçdikcə dəyəri sürətlə itirən əşya almaq əvəzinə pulunuzu toplayaraq daha məqsədəuyğun işlərə sərf edin.
İşdə həmkarlarınızla sürəkli mübahisə etməyin. Yanınızdakı adamlardan birinin məsləhətinə qulaq asın. Sizdən təcrübəli və biliklik şəxsin göstərdiyi yolda yanlışlıq yoxdur.
Günün ikinci yarısında əlaqələrinizi yenidən gözdən keçirin. Mənasız təmaslar və ekstensiv müzakirələrdən uzaq durun.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - problemlərin hamısı həllini tapmasa da, vaxtınızı yalnız onların çözümünə həsr etməyin. Yerinizdə durmayın, irəliləyin. Yeni işə başlamaq üçün əlverişli zamandır. Məqsədə doğru aparan yolun qısa olmadığını bilin.
Günün ikinci yarısında alternativ variant, orijinal həll aşkar qarşıdurmalardan yayınmağınıza imkan verəcək. Bir qədər hiyləgərlik edin, fəndgir olun.
İndiyədək sizi dəstəkləyən insanla fikir ayrılığı yarana bilər. Sərt danışmayın. Dostlarınız və yaxınlarınız hətta konstruktiv tənqiddən də inciyəcəklər.
Əqrəb - peşəkar fəaliyyət müstəvisində yeni təşəbbüslər və layihələr üçün pis zaman deyil.
İdeyalarınız nə qədər cəsarətli və orijinal olarsa, bir o qədər yaxşıdır. Onların arasında daha real təsir bağışlayanları seçərək həyata keçirmək olar.
İşgüzar danışıqlar, müzakirələr, yeni müştərilər və tərəfdaşlar axtarışları üçün yaxşı zamandır. Sizi ilk dəfə görən insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Günün ikinci yarısında planlaşdırılmamış səfər ola bilər. Yolda əhvalınız pis olmayacaq. Sosial fənlərə, ezoterik məqamlara marağınız artacaq.
Oxatan - yaxşı nəticələr verə biləcək işə başlayın. Sizi yoldan çıxarmaq, hərəkətinizi dayandırmaq, irəliləyişinizə mane olmaq istəyəcək insanlar var. Onların niyyətlərinin gerçəkləşməsinə imkan verməyin. Hər şeyə rəğmən irəliləyin.
Günün ikinci yarısı korlanmış münasibətlərin bərpası, işgüzar əlaqələrin yenilənməsi, əvvəlki işə qayıdış üçün əlverişlidir.
Bir zamanlar ortaq işgüzar və kommersiya maraqlarınızın olduğu insanlarla qarşılaşa bilərsiniz.
Şəxsi münasibətlər baxımından pis zaman deyil. Çalışın, zəhmət çəkin. Zəifliklərinizin öhdəsindən gəlmək, pis vərdişlərdən qurtulmaq şanslarınız var.
Oğlaq - günün ilk yarısı ağır və çətin olsa da, saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Ciddi olun, praqmat davranın. Taledən hədiyyələr gözləməyin.
Əldə olunan nəticələr məqsədə çatmaq üçün sərf etdiyiniz səylərə tam proporsional olmayacaq. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni məlumatlarla informasiyalar əldə edin.
Günün ikinci yarısında maraqlı tanışlıq, xoş tanışlıq olacaq. Lakin onların ciddi perspektivi yoxdur.
Axşam saatlarına yaxın başlanacaq ünsiyyətlər səthi səciyyə daşıyır.
Çoxdan bəri həllini gözləyən ixtilafı, anlaşılmazlığı çözün.
Dolça - köhnə problemləri və çətinlikləri unudaraq yeni işə başlamayın. Özünüzə əminliyin itdiyi situasiyaları xatırlayaraq o xoşagəlməz anların təkrarlanmamasına çalışın. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanları təəccübləndirin.
Günün ikinci yarısında əks cins mənsubu ilə ünsiyyətdə diqqəli olun. Dostlardan birinin yardımlarınıza ehtiyacı var. Eqoist və təşəxxüslü olmayın.
Yaşanan proseslərin məzmunu ilə yanaşı, səbəblərini anlamağa can atın.
Axşam saatlarında qəfil səfər ola bilər.
Balıqlar - mimikriya etməyi yaxşı bacaran insanlarla ünsiyyət zamanı onların maskalanmış simalarındakı gizgiləri sezməyə çalışın. Sizi tərifləyən adamların məqsədləri var və bunu anlayın.
Tərəfdaşlıq etməyi düşündüyünüz insanı sınaqdan keçirsəniz, pis olmaz. Bir qədər şühəli olun, hər eşitdiyinizə inanmayın. İşdə rəhbərlik və həmkarlarla münasibətlərdə rəvan olun, emosiyalara qapılmayın.
Günün ikinci yarısında başqalarının səhvlərinin yaratdığı fəsadları aradan qaldırmalı olacaqsınız. İşlər artır və belə situasiyada vaxtınızın qədrini bilin.
Gəlirlər çox olmasa da, var. Borc verməyin, kredit götürməyin. Maliyyə durumunuzu real qiymətləndirin.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Milli.Az
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR