İstanbul-Bakı təyyarəsi texniki səbəbdən geri qayıdıb

img

15-10-2022 [16:39]


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Mia.az xəbər verir ki, bu barədə  "Azərbaycan Hava Yolları" QSC  məlumat yayıb.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA