Bakıda çoxmərtəbəli binada yanğın olub - Zəhərlənənlər var

img

13-10-2022 [18:12]


Bakıda çoxmərtəbəli binada yanğın olub, iki nəfər zəhərlənib.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb, 12 nəfər (onlardan 4-ü uşaqdır) sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA