İki hakimin səlahiyyətinə xitam, 9 hakimə isə vaxt verildi, 8 hakim isə... - MHŞ-da iclas (FOTO)
12-10-2022 [15:22]
Məhkəmə-Hüquq Şurasının iclası növbəti iclasını keçirib.
Mia.az xəbər verir ki, iclasda dövlət başçısının 29.09.2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması böyük məmnuniyyətlə vurğulanaraq bu mühüm tarixi qərarın Heydər Əliyev irsinin öyrənilməsi və təbliği baxımından müstəsna əhəmiyyəti qeyd olunub, qarşıda duran vəzifələr müəyyən edilib.
İclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov müasir müstəqil dövlətimizin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixində misilsiz rolundan, onun keçdiyi ibrətamiz həyat yolundan bəhs edib.
Milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən dahi öndərin bilavasitə rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatların həyata keçirilməsi, demokratik hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması, azərbaycançılıq ideologiyasının formalaşdırılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanması vurğulanıb.
Bildirilib ki, müasir hüquq sistemimizin formalaşması və inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin müəllifliyi ilə ilk milli Konstitusiya qəbul olunaraq bütün sahələrdə islahatlar aparılması üçün müvafiq komissiyalar yaradılıb. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən dahi öndər bu məqsədlə yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürüb.
Hüquq sistemimizin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunların qəbulu, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması və digər mütərəqqi tədbirlər Ulu Öndərin misilsiz fəaliyyətinin təzahürü olub. 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə seçkisi aparılaraq hakim korpusu 60 faiz təzələnib.
Ümummilli Liderin xalqımız qarşısındakı ən böyük xidmətinin özünün siyasi varisini ərsəyə gətirməsi olduğunu diqqətə çatdıran Şuranın sədri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müasir Azərbaycanımızı qüdrətli dövlətə çevirdiyini, Vətən müharibəsində parlaq qələbəmizlə doğma torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdiyini vurğulayıb.
Dahi liderin mütərəqqi ideyalarının və zəngin irsinin yaşadılmasında və geniş təbliğində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm xidmətləri xüsusi qeyd olunub.
Şurada təməli Ümummilli Lider tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarının ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun dərinləşdirilərək kompleks tədbirlər görüldüyü bildirilib.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 03.04.2019-cu il tarixli proqram xarakterli Fərmanının icrası çərçivəsində görülən işlərə toxunularaq cəza siyasətinin humanistləşdirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin geniş tətbiqi, yeni ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, özəl ekspertizanın və mediasiya fəaliyyətinin təsbit edilməsi ilə bağlı və digər əməli işlər qeyd olunub.
Dövlət başçısının kadr islahatlarına və gəncləşmə siyasətinə uyğun olaraq son iki ildə məhkəmə sistemində kadr korpusundan səmərəli istifadə edilərəkrəhbər hakim vəzifələri üzrə 50-dək mühüm təyinatlar aparılıb.
Eyni zamanda ötən dövrdə yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə hakimlərin seçilməsi qaydası təkmilləşdirilərək, bu proses fasiləsiz xarakter alıb, 1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim keçirilib. Bu çoxmərhələli prosesi, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 80-dən çox şəxs müxtəlif hakim vəzifələrinə təyin edilib. Hazırda 300-dək hakimliyə namizəd isə müsabiqənin müxtəlif mərhələsində, o cümlədən 40-dan çox namizəd təyinat ərəfəsindədir.
İclasda bütün hakim korpusunun 80%-nin məhz bu yeni üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil etdiyi, bununla məhkəmə sisteminin tərkibinin həmçinin gəncləşdiyi vurğulanıb.
Hakimlərin məsuliyyət hissinin artırılması məsələləri də daim diqqətdə saxlanılıb, hakim adına layiq olmayan şəxslər məhkəmə sistemindən kənarlaşdırılıb. Dövlət başçısının qeyd olunan Fərmanına əsasən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qəbul olunmuş yeni Qaydalarının bu sahədə səmərəli mexanizm rolunu oynadığı bildirilərək ötən il 230-dək hakimin fəaliyyətinin qiymətləndirildiyi və peşəkar çatışmazlıqlar aşkar edilən 10 hakimin səlahiyyətlərinə xitam verildiyi diqqətə çatdırılıb.
Şurada daha 90-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb. Fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilən 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib. Apellyasiya məhkəməsinin 2 hakiminin səlahiyyətlərinə ərizələrinə əsasən vaxtından əvvəl xitam verilib.
İclasda həmçinin, hakimlər haqqında başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, çəkişmə prinsipinə tam əməl etmədiklərinə və digər nöqsanlara görə 8 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, 1 nəfərin isə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul edilib.
Vətəndaşların haqlı narazılığını doğuran hallara, süründürməçiliyə və digər qanun pozuntularına yol verilməsinə görə apellyasiya və birinci instansiya məhkəmələrinin bəzi hakimləri barədə intizam icraatları başlanılıb.
***
Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayevin hakimlik səlahiyyətinə xitam verilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının ötən gün keçirilən iclasında qərar qəbul olunub.
Qeyd edək ki, hakim Süleyman Ağayev 2012-ci ildən Sabunçu Rayon Məhkəməsinin Cinayət Kollegiyasının hakimi kimi fəaliyyət göstərib.
O, son təyinata kimi İmişli Rayon Məhkəməsinin sədri olub.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR