Vüqar Rəhimzadə: "Yeni platformalar regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasında öz sözünü deyəcək"
11-10-2022 [13:41]
"Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu bir çox məqamlarla yadda qaldı. Nəzərə alsaq ki, bu, Azərbaycanın yaratdığı milli platformadır, bu halda onun beynəlxalq əhəmiyyəti, Azərbaycanın dünya birliyində yerinə və roluna təsiri özünü aydın şəkildə nümayiş etdirir. Bu baxımdan ki, Forum 44 ölkədən 130-dan çox nümayəndəni, ümumilikdə isə 400 nəfərdən çox iştirakçını işğaldan azad edilmiş Ağdam şəhərində bir araya gətirdi.
Tədbir müzakirə olunan mövzu ilə yanaşı, məkan baxımından da xüsusi diqqət çəkdi. Sual oluna bilər: Niyə Ağdam şəhəri?
Dövlət başçısı İlham Əliyev bu ilin iyun ayında Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatdakı çıxışında ermənilərin 30 illik işğal dövründə şəhər və kəndlərimizi qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirdiklərini əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, dünya bu gün “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılan Ağdamın timsalında işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin necə geniş miqyas aldığını görür: “30 ildə dağıdılan, bütün tarixi və dini abidələri yerlə-yeksan edilən Ağdam şəhəri “ağıllı şəhər” layihəsi çərçivəsində yenidən qurulur, bərpa edilir. Buradakı bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfərlərinə diqqət yetirmək kifayətdir. Səfər zamanı dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış oldu. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, rayonun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimlərində iştirak etdilər. Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak etdilər. Ümumiyyətlə, Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edilir. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir. Bu sənaye parkı sərmayədarlara və sahibkarlara açıqdır.”
“Azərbaycan Milli Şəhərsalma Forumu adından, eyni zamanda, müzakirəyə çıxardığı mövzudan da göründüyü kimi, şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün Azərbaycanın şəhərsalma təcrübəsi dünyaya nümunədir: “Paytaxt Bakımızın timsalında dünya Azərbaycanın müasirliklə qədimliyin sintezini necə yaratdığını görür. Hazırkı dövrün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizin yenidən bərpası olduğundan dünyanın diqqəti bu torpaqlara yönəlib. Şəhərlərin Baş planlarında sistemli şəkildə görülməsi nəzərdə tutulan işlər öz əksini tapıb. Bu ərazilərdə bütün yeniliklərin tətbiqi nəzərdə tutulub. Dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, DOST mərkəzlərinin bu ərazilərdə də yaradılması prioritetdir. Hər bir ölkənin inkişafında vacib amil olan yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atılır. İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən bu gün Ağdam şəhərinin qonaqlarını qəbul etməsində əhəmiyyətli rol oynayan Füzuli Beynəlxalq Hava Limanı beynəlxalq standartlara cavab verir. Bu ay Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Laçın Beynəlxalq Hava Limanının isə 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Yeni avtomobil, dəmir yolları çəkilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi çərçivəsində yenidən bərpa olunan, soydaşlarımızın yaxşı şəraitdə yaşayışı üçün zəruri addımlar atılan bu torpaqlarımız sözün əsl mənasında cənnət məkana çevrilir.”
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Forumda “Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz” söyləyərək bu mühüm məqamı da böyük qürur hissi ilə qeyd etdi ki, hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Böyük Qayıdış proqramının icrasına başlanıb.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın yaratdığı milli platformanın fonunda diqqəti məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək olan yeni siyasi platformaya- “Avropa siyasi birliyi”nə yönəldib: “Tarixi Zəfərimizin dünyaya diktə etdiyi çağırışlar əsasında yaranan bu platformanın Zirvə Toplantısına Avropa ailəsinin dəvəti ilə qatılan dövlət başçısı İlham Əliyevin yeni tribunadan dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn əsas prinsip olduğunu, ərazi bütövlüyü prinsipinin əsas götürülməsinin vacibliyini bəyan etməsi bir daha Azərbaycanın dəyişməz mövqeyinin dünyaya təqdimatı oldu.
Hər iki yeni platforma postmünaqişə dövrünün əsas çağırışı olan sülh müqaviləsinin imzalanması fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması ilə yeni əməkdaşlıq formatlarının yaradılmasında, əlaqələrin inkişafında öz sözünü deyəcək. Azərbaycan Milli Şəhərsalma Forumunu Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin Ağdam və dünyanın bir çox şəhərlərinin qardaş şəhərlər olacağı ilə bağlı səsləndirdiyi əminlik də bunun təsdiqidir.”
Mia.az
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR