Sabiq nazir: "Rəis məni çağırıb deyəndə ki, sizi azadlığa buraxırıq, şoka düşdüm..."

img

09-10-2022 [16:43]


Xəbər verdiyimiz kimi Naxçıvan MR keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb. Onun azadlığa buraxıldıqdan sonra Naxçıvandan çıxışına qadağa qoyulduğu, Bakıya gələ bilmədiyi haqda məlumatlar yayılıb.

Məsələ ilə bağlı açıqlama sabiq nazir deyilənlərin yalan olduğunu bildirib. O, azadlığa çıxması haqda da danışıb.

“Mənim son ana qədər heç nədən xəbərim olmayıb. Rəis məni çağırıb deyəndə ki, sizi azadlığa buraxırıq, şoka düşdüm, elə bildim zarafat edir. İndi də azadlıqdayam. Bu deyilənlər yalandır. Hazırda Bakıda, ailəmin yanıdayam. Səhhətimlə, problemlərlə məşğulam. Allah dövlətimizi və Müzəffər Ali Baş Komandanımızı qorusun! Var olsun, sağ olsun, cənab Prezidentimiz.”/Manşet.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA