Şirvanda Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbiri keçirilib - FOTOLAR
05-10-2022 [18:27]
Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər günü münasibəti ilə ümumşəhər tədbiri keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Varis Qasımlı, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin və Təhsil Sektorunun məsul əməkdaşları, Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecinin, Kimya-biologiya təmayüllü liseyin və şəhər ümumtəhsil məktəblərinin müəllimləri iştirak edib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir Şəhər İcra Hakimiyyətinin akt zalında davam edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Şirvan şəhər Təhsil Sektorunun metodisti Elçin Həsənov öncə tədbir iştirakçılarını salamlayıb, Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir iştirakçılarının timsalında şəhərin bütün müəllimlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə məlumat verib.
Ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq hər il yeni-yeni məktəblərin tikilməsinin, təhsilin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsinin, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmasının təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Sonra Şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyevaya, 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Müsxə Məlikovaya, 21 nömrəli tam orta məktəbin hərbi hazırlıq rəhbəri Mehman Cəfərova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Varis Qasımlıya, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Barxudar Barxudarova söz verilib.
Çıxış edənlər müəllimlik peşəsinin şərəfli və məsuliyyətli olmasından, gələcək nəsillərin milli ruhda, düzgün əqidəli, vətənpərvər, dünyagörüşlü şəxsiyyət kimi yetişməsində müəllimin rolundan danışıblar. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəhər İcra Hakimiyətinin başçısı İlqar Abbasov adından bütün təhsil işçilərini təbrik edib və müəllim əməyinin əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. Vətənimizin ərazi bütövlüyünün müdafiəsində şücaət göstərərək şəhid və qazi olan bütün gənclərimizin ümumtəhsil məktəblərinin məzunları olduğunu, onların təlim-tərbiyəsində, nümunəvi vətəndaş kimi yetişməsində hörmətli və dəyərli müəllimlərimizin əməyi olduğunu xüsusi vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə dəyər verdiyini və təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qaldığını qeyd edib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də bu gün milli təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığını, son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb binalarının tikildiyini, bu prossesin paytaxtla yanaşı, bütün bölgələri, o cümlədən Şirvanı da əhatə etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2022-ci il tarixli təhsil işçilərinin təltif edilməsi haqqında Sərəncamına əsasən, 18 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Hətəmova Pərvanə Müslüm qızının “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib. Bu Sərəncamın ümumilikdə Şirvan şəhər təhsilinə verilən dəyər olduğunu qeyd edib. Tədbirin sonunda şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edən və tədrisdə fərqlənən bir qrup müəllimə Şəhər İcra Hakimiyyəti başçısının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Fəxri Fərmanı və hədiyyələri təqdim edilib.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR