Həbsdə olan sabiq icra başçısının ürəyində çat yaranıb: "Vəziyyəti kəskin ağırdır" - Vəkilindən açıqlama (Yenilənib)
06-10-2022 [11:26]
Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədov müalicə müəssisəsinə yerləşdirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu barədə onun vəkili Elnur Vəliyev məlumat verib.
Vəkil bildirib ki, ötən gün cəzaçəkmə müəssisəsində səhhəti pisləşən müvəkkili həkimlərin tövsiyəsi ilə Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb, hazırda həkim nəzarəti altındadır.
Qeyd edək ki, sabiq icra başçısı məhkəmə istintaqı dövründə ürəyindən iki dəfə əməliyyat olunub. Ötən gün isə həkimləri müayinəsindən sonra ürəyində yeni çat əmələ gəldiyi bildirilib.
Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.
***
Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti ağırlaşıb.
Mia.az APA-ya istinadla xəbər verir ki, cəzaçəkmə müəssisəsində ürəyində problem yaranan sabiq icra başçısı müayinədən keçirilib.
Ədliyyə Nazirliyin Tibb Xidməti əməkdaşlarının ilkin müayinəsindən sonra Qoca Səmədovun ürəyində çat əmələ gəldiyi bildirilib.
Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev təsdiq edib: "Hazırda Qoca Səmədovun vəziyyəti kəskin ağırdır. Həkimlərin dediyinə görə, onun ürəyində infarkt əlamətləri var, çat əmələ gəlib".
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının həbs müddətini 6 ilə endirib. Ali Məhkəmə isə ittiham olunduğu vəzifə saxtakarlığı maddəsini ləğv edərək cəzasını 3 ay azaldıb.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR