Azərbaycanda elektron xidmətlərin sayı artırılır
19-09-2022 [11:46]
Azərbaycanda elektron xidmətlərin sayı artırılır.
Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il payız sessiyasındakı ilk iclasında “Əmanətlərin sığortalanması haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Avtomobil yolları haqqında” qanunlara dəyişiklik layihələri birinci oxunuşda müzakirə edilib.
Belə ki, dəyişikliklər nəzərdə tutulmuş qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb.
Vətəndaşların sənəd və ya məlumatın toplanması, təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılması, vaxt itkisinin azaldılması, bu əsasda vətəndaş məmnunluğunun artırılması, həmçinin ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsi və qurumlararası elektron inteqrasiyanın gücləndirilməsi məqsədilə müxtəlif sahələri əhatə edən qanunlarda müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulub.
“Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndində təsbit olunmuşdur ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.
Bununla əlaqədar qeyd edilən tələbin sahəvi qanunlarda əks olunmasına zərurət yaranıb ki, nəticədə həmin tələbin sahəvi qanunda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək/Report.
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib
Minimum əməkhaqqı ilə bağlı qərar verildi
Sabah hava necə olacaq? - Proqnoz
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? - TƏHLİL
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
Nizami rayonunda 10 il əvvəl evləri sökülən sakinlər küçədə qalıb - "Nə yeni ev verirlər, nə də..."
Türkiyədə sosial mediada fahişləliyə çağırış edənlər qandallandı - Ev, maşınlar və iki şirkətə "əl qoyuldu"
"TRT Haber": Azərbaycan nümayəndə heyəti Ermənistana gedib
Milli Məclisin nölenar iclası başlayıb
Trampın İsrail prezidentinə sərt mesajı cavabsız qalmadı - Hersoq "Bura hüquqi dövlətdir" dedi
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - SİYAHI
Şəhid oğlu direktor təyin edildi
“Araz Fərqindəlik Yaradır” şüarı altında “Xərçənglə Mübarizə Həftəsi” keçirilib - FOTOLAR
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
Azərbaycan nefti 70 dollardan satılır
Böyük Britaniyada şəxsi maşınlarda siqaret çəkilməsi qadağan olunur
NYT: "ABŞ Karib dənizindəki nəhəng gəmini Yaxın Şərqə göndərir"
Zəngilanda əkin sahələri istifadəyə veriləcək
"Təmizlənmə yarımçıq qalmamalıdır” - Partiya sədri
Tramp İranı yenə hədələdi: "Mən bunu arzulamıram, lakin..."
Müdafiə naziri: "Putin bizi döyüş meydanında məğlub edə bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ hərbçiləri geri çəkildi - Suriya ordusu bazaya girdi
"Neftçi" və "Qarabağ" komandalarının oyunu təxirə salınıb
UEFA Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bəlli olub
Türkiyə kəşfiyyatının rəhbəri Liviyada - Baş nazirlə görüş olub
"Qalatasaray" prezidenti: "İkardi bizim üçün çox dəyərli oyunçudur"
Ərdoğan parlamentdəki davaya qəzəbləndi: "Heç utanmırsınızmı?"
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Ordubad şəhəri ICESCO-nun siyahısına salınıb
İsmayıllı rayonunda zəlzələ olub
"Qalatasaray" - "Yuventus" matçının biletləri satışda - Ən baha bilet 1650, ən ucuz isə...
İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadıldı
Energetika naziri Macarıstan səfirini qəbul edib
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
Nazir mərkəz direktorlarını vəzifədən azad etdi - Yeni təyinatlar
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınmayacaq