Müəllimlərin dərs yükü və ya nazirin F- 317 nömrəli əmrinin gözardı olunması...
19-09-2022 [10:37]
Təhsilimizin bərbad gündə olması heç kimə sirr deyil. Ali məktəblərə daxil olanların demək olar ki, 90-95 faizi repetitorlar vasitəsi ilə hazırlanır.
Valideynlər övladlarının xoş gələcəyi üçün ailənin boğazından kəsib öz övladlarının ali məktəblərə qəbul olması üçün bu istiqamətdə kifayət qədər vəsait xərcləməli olurlar. Üstəlik, məktəb direktolarını da razı salmalıdır ki, repetitor yanına gedən övladlarına maneçilik törədilməsin.
Məktəblərdə tədrisin yüksək səviyyədə olmamasını elm və təhsil naziri Emin Əmrullayev də müsahibələrinin birində qeyd edib. Doğrudur, nazirin bu açıqlaması sosial şəbəkələrdə müəyyən müzakirə mövzusu olsa da, təhsildəki mövcud çatışmazlıqlar tənqid olunsa da, dəyişən heç nə yoxdur.
Hələ bu azmış kimi regionlarda nazirin əmr və göstərişlərini saya salan yoxdur. Belə ki, Təhsil nazirinin 19 iyun 2020- ci il F- 317 nömrəli əmr kağız parçasından başqa heç nəyə yaramır.
Əmrdə ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları müəyyən edilib. Amma bu qaydaların müddəaları Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayon üzrə təhsil sektorunun məsul şəxsləri tərəfindən kobud şəkildə pozulur.
Əmrin 2.2 bəndində qeyd edilir: “Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.
Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür.
Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir”.
Burada çox aydın şəkildə müəllimlərin dərs yükünün, vakant yerlərin müəyyyənləşdirilməsinin təhsil müəssisəsinin rəhbərinin səlahiyyətlərinə aid olduğu qeyd olunub. Amma Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayon üzrə təhsil sektorunun məsul şəxsləri nə edir?
Məktəb direktorlarından tələb edirlər ki, diaqnostik qiymətləndirmədə bir az aşağı nəticə göstərən müəllimlərə həftəlik 8-10 saatdan yuxarı dərs verilməsin, artıq qalan saatlar vakansiayaya çıxarılsın. Amma əslində əmrdə qeyd olunduğu kimi, əgər tədris planında dərs varsa, müəllimin dərs yükü həftəlik 18 saatdan ( bir stavka) aşağı olmamalıdır. İki stavkanı, yəni 36 saatdan yuxarını isə keçməməlidir. Sektorun əməkdaşları əlavə heç bir sənəd təqdim etmədən qanunsuz olaraq məktəb direktorlarının səlahiyyətlərinə müdaxilə edirlər. Onlardan hansı qaydalara əsasən nə üçün bu cür addım atdıqlarının səbəbini soruşduqda isə bildirirlər ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən onlara belə bir göstəriş verilib. Bu cür müdaxilə və özbaşınalıqların olması tədrisin keyfiyyətinə mənfi təsir göstərir, müəllimlərdə ruh düşkünlüyü yaradır. Amma bu cür özbaşınalıq nə vaxtadək davam edəcək, bilinmir?
Hər halda ümid edək ki, yeni yaranan elm və təhsil nazirliyində hansısa möcüzələr nəticəsində yeniliklər baş verəcək, özbaşınalıqların qarşısı alınacaqdır.
Mia.az
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR