Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-09-2022 [00:08]
Qoç - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu alınacaq. Faydalı məlumat alacaqsınız. Yenilikləri sürətlə əxz edin, mühüm məsələni unutmayın. Ailədə fikir ayrılıqlarını aradan qaldırın. Çoxdan bəri mövcud olan və sizi narahat edən münaqişəni sonuclandıra bilərsiniz.
Günün ikinci yarısında yaşam potensialınız yüksək olacaq. Ağır fiziki əmək və ya usandırıcı işlə məşğul olsanız belə, ifrat yorğunluq hiss etməyəcəksiniz. Yaxınlarınız yardımlardan imtina etməyəcək, cəsur ideyalarınızı həvəslə dəstəkləyəcəklər.
Buğa - önəmli qərarlar və mühüm işlər üçün əlverişli gün deyil. Şərtlər o qədər yaxşı deyil. Daha münasib situasiyanın formalaşacağı anı gözləyin. Düşünülməmiş addımlar atmayın, tələskənliyə yol verməyin. Dostlar və ya yaxınlarınızdan biri ilə bağlı məlumat sizi narahat edə bilər.
Günün ikinci yarısında vəziyyət daha da ağırlaşa bilər. Aktiv olun, yanlış istiqamətdə olan prosesə dərhal müdaxilə edin.
Səhhətinizdə problemlər istisna deyil. Özünüzü qoruyun. Sağlam qidalanmaya üstünlük verin. Zərərli vərdişlərdən imtina etməyə cəhd göstərməyə cəhd göstərin. Səfər uğurlu olacaq, amma baha başa gələcək.
Əkizlər - çətin gündür. Bir qədər əvvəl yaranmış problemlər təcili, təxirəsalınmaz həllini tələb edir. İşdə yaranmış ağır situasiyanı çözmək üçün alternativ variantlardan yararlanmağı çalışın.
Vaxtınızı mənasız işlərə sərf etməyin.
Günün ikinci yarısında yaxınlarınızın yardımları irəliləyişinizə təkan verəcək. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq. Axşam saatlarına yaxın emosional fonun stabilliyi pozulacaq. Əhvalınız dəyişəcək.
Xərçəng - çətinliklər istisna deyil. Müsbət təmayüllərin təsiri güclənəcək. Gün mahiyyət etibarilə pis deyil. Fəaliyyət planını hazırlayın. Ən kiçik detalları və xırdalıqları, təfərrüatları nəzərə alın. Yeni işlərə başlayın.
Günün ikinci yarısında yeni müttəfiq və ya tərəfdaşla çalışmaq daha ciddi uğura nail olmağa imkan verəcək.
Xoş sürprizlər, qəfil görüş və tanışlıq istisna deyil. Yaxın ətrafınızdakı insanların əhvalını pozmayın. Nikbin olun.
Şir - bütün mühüm işləri günün ilk yarısında bitirməyə can atın. Məhz bu zaman daha məhsuldar və uğurlu olacaq. Rəğbət bəslədiyiniz tərəfdaşlarla müzakirələr aparmaq, yeni layihəni təhlil etmək mümkündür. İşgüzar məqamları şəxsi münasibətlərə qatmayın.
Günün ikinci yarısında ailədə fikir ayrılığı yarana bilər. Yaşlı qohumların xətrinə dəyməyin. Axşam saatlarını açıq havada istirahətə həsr edin.
Özünüzü yormayın.
Qız - yeni layihəyə başlamaq üçün potensial tərəfdaşlarla danışıqlara başlaya bilərsiniz. Həmin şəxslərdə özünüzlə bağlı müsbət rəy yaratmağa çalışın. Yaxınlarınızla dil tapın. Xoş sürprizlər istisna deyil. Alış-verişdə çox pul xərcləməyin. Gəlirlər istisna deyil.
Günün ikinci yarısında maliyyə fonu stabil deyil. Dəyərli saydığınız əşyanın itməsi və ya hər gün istifadə etdiyiniz avadanlıq, texnikanın sıradan çıxması ehtimalı var.
Axşam saatlarında səfər və ya gəzintiyə çıxmaq olar.
Tərəzi - önəmli hadisələr və köklü dəyişikliklər vəd etməyən gündür. Əhvalınız pis olmayacaq. Nigaran qalmayın. Saatlar keçdikcə sizə maraqlı gələcək iş və ya məşğuliyyət tapın. İdeya və ya niyyətləriniz yaxın ətrafınızdakı insanları da maraqlandıra bilər. Birgə fəaliyyət və təmərküzləşmiş səylər parlaq nəticələrlə sonuclanacaq.
Günün ikinci yarısında yaşamın müxtəlif sahələrində təşəbbüskar olun. Sizi narahat edən məsələni açıqlamaqdan çəkinməyin. Sözləriniz yanlış anlaşılmayacaq. Uğurlu təsadüflər dürüst qərara təkan verir. Son vaxtlar ağır problemləri həll etməyə çalışın və qətiyyətli olun.
Əqrəb - narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. Gün yetərincə yaxşıdır. Ehtiyatlı olun. Maliyyə məsələləri, xərclər və büdcənin planlaşdırılması ilə bağlı işlərdə diqqətli davranın. Dəvət aldığınız tədbirə qatılmağı unutmayın. Faydalı tanışlıqlara nail ola bilərsiniz.
Günün ikinci yarısı dəyər verdiyiniz insanlarla ünsiyyət üçün əlverişlidir. Sevdiyiniz insanın əsl niyyəti və gerçək istəklərini anlamağa çalışın. Ona yardım edin. Axşam saatlarında yaxşı tanımadığınız insanlarla münaqişə etməyin.
Oxatan - günün ilk yarısı laübəli, qarışıqdır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Etibar etməyə alışdığınız insanlar ümidlərinizi doğrultmayacaq. Əndişələnməyin, bədbinliyə qapılmayın. Sadəcə, şərait əlverişli deyil.
Günün ikinci yarısında əməkdaşlıqda fayda var. Romantik münasibətlər üçün yaxşı zaman deyil. Sizə bələd olan və anlayan insanla belə, dil tapmaq asan deyil. Yaşanan olaylarla bağlı yekun qərar verməyə tələsməyin.
Axşam saatlarını özünüzə həsr edin.
Oğlaq - ən əlverişli zaman günün ilk yarısıdır. Situsiya əlverişlidir. İşgüzar danışıqlar məhsuldar olacaq. Tərəfdaşlarınız gözləntilərinizi doğruldacaq. Saatlar keçdikcə problemlərin sayı artacaq. Yorğuqluq hiss edərək başladığınız işi yarımçıq qoymayın.
Günün ikinci yarısında tənha qalmayın, müstəqil fəaliyyətə can atmayın. Sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə edin.
Etibar etdiyiniz insana yardım üçün üz tutsanız, çətinliklərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Axşam saatlarında idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər. Gəzintiyə də çıxmağı unutmayın.
Dolça - əla gündür. İşgüzar intuisiyanız iti olmalıdır. Uğura nail olmaq üçün hansı işə başlayacağınızı, hansı layihəni reallaşdıracağınızı müəyyənləşdirin. İşlərin təşkilatı, gündəlik qayğıların aradan qaldırılması ilə bağlı konkretliyə nail olun.
Rutin işləri qulaqardına vurmayın. Çətin situasiyaya düşmüş yaxınlardan birinə yardım edin. Dostların işlərə müdaxiləsi faydalı olacaq.
Günün ikinci yarısında istənilən miqyasda işə başlaya bilərsiniz. Fəaliyyət arealında yeniliklərə başlayın. Təmir və ya köç üçün əlverişli zamandır.
Balıqlar - günün ilk yarısı sakit olacaq. İfrat aktivliyə səbəb yoxdur. Rəqiblərlə mübarizəyə başlamayın. Bununla belə istirahət və əyləncəni təxirə salın.
İşgüzar əlaqələr yaratmağa çalışdığınız insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Son həftələr sizi narahat edən, həllini aradağınız problemi günün ikinci yarısında çözə bilərsiniz. Ən ağır məsələni həll etmək imkanları var. Sizdən uzaq durmağa can atan adam belə, sizə yardım edəcək.
Axşam saatlarında normal istirahət edin.
Milli.Az
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub
Baş redaktordan Su idarəsinin rəisinə sərt mesajlar: "Bu “hüquqşünas” ayıbına kor olmaq əvəzinə hələ utanmadan deyir ki.." (VİDEO)
Tramp–Əliyev xətti və İranın gələcəyi: Cənubi Azərbaycan üçün geopolitik pəncərə - TƏHLİL
Milli Məclisdə daha br sahə üzrə dinləmə keçiriləcək
Yaponiya növbədənkənar seçkiyə gedir - Parlament buraxıldı
Bakıda dəm qazı daha bir can alıb
Azərbaycan nefti ucuzlaşdı - 1.3 dollar
Şəkidə evdə partlayış olub
İlham Əliyevlə Paşinyan ayaqüstü söhbət ediblər - Davosda
Dövlət sektorunda işçilərin sayı azaldılr - Nə baş verir? (Şərh)
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."