Şəhid Əli Əliyevin nəşi Naxçıvana aparılıb

img

14-09-2022 [16:25]


Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Əli Əliyevin nəşinin Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidin cənazəsi doğulduğu Şərur rayonunun Yengicə kəndinə yola salınıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Ə.Əliyev düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA