Rəisdən Bakı Tikiş Evinin qarşısındakı izdihama reaksiya: "Formaları tikib çatdırmaq mümkün deyil"
12-09-2022 [12:32]
Bakı Tikiş Evinin qarşısında izdiham yaşanır.
Belə ki, 3 gün sonra yeni tədris ilinin başlaması ilə əlaqədar valideynlərin məktəbli geyimləri əldə etmək üçün Bakı Tikiş Evinin qarşısına toplaşması böyük izdihama səbəb olub.
Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a açıqlamasında bildirib ki, yeni məktəbli formaları ilə bağlı qərar gec verilib, ona görə də formaları tikib çatdırmaq mümkün deyil.
O söyləyib ki, qərardan sonra da bu məsələyə cavabdeh olanlardan heç kim müəssisəyə müraciət etməyib: “Bizim heç kimlə müqaviləmiz yoxdur. Dörd rəngdən hansının tikilməsi belə deyilməyib. Bizim əsas işimiz güc strukturlarının formalarını tikməkdir. Onu axsada bilmərik. Çünki tender olub və həmin nazirliklərlə müqaviləmiz var. Əlavə vaxt və imkan daxilində istədik ki, məktəbli formaları da istehsal edək. Gündə təxminən 1500 ədəd məktəbli forması istehsal edib, satışını təşkil edirik. Bu saydan artığına bizim gücümüz çatmır. Çünki biz özəl müəssisəyik və kreditlə işləyirik. Dövlət yardımımız yoxdur. Bu səbəblərdən tək müəssisə Bakı məktəblərinin tələbini qarşılaya bilməz. Başqa əlavə müəssisə məktəbli forması istehsal etmir”.
E.Əzimov vurğulayıb ki, izdihama səbəb məktəb direktorlarının valideynləri məcbur etməsidir: “Göndərirlər ki, mütləq alınmalıdır. Niyə? Elm və təhsil naziri də yeni məktəbli formalarının alınmasının könüllü olduğunu deyib. Məcburiyyət yoxdur. Amma məktəb direktorları valideynləri məcbur edirlər. Niyə direktorlar barədə ölçü götürülmür? Niyə onlara başa salınmır ki, valideynləri incitməsinlər. Yaranan ajotaja səbəb məktəb direktorlarıdır. Anbarımızda köhnə məktəbli formaları var. Amma heç kim istəmir. Hamı yenisini istəyir. Məktəbli formaları 1-4-cü siniflər üçün məcburdu. Yuxarı siniflərdə oxuyan şagirdlərin valideynləri də gəlir ki, forma verin”.
Şöbə müdiri valideyinlərə müraciət edib: “Biz davamlı olaraq formaları istehsal edəcəyik. Hamısını birdən istehsal etmək mümkün deyil. Başqa müəssisələr varsa, satışa çıxarsın. Var, amma keyfiyyəti o qədər də yaxşı deyil”.
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”