Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
08-09-2022 [00:21]
Qoç - aktiv fəaliyyət zamanıdır. Köhnə planlardan bəzilərini xatırlamaq olar. Müttəfiqləri dürüst seçin. İnformasiya minimum həddə olsa da, kiminlə çalışdığınızı müəyyənləşdirin. Yalançı və xəyanətkar, etibarsız insanlardan uzaq durun. Gəlirlər istisna deyil. Uğurlu alış-veriş və sərmayələr də ola bilər.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənir. Ünsiyyət, habelə dəvət aldığınız tədbirə qatılmaq zamanıdır. Romantik görüşə hazırlaşırsınızsa, xarici görünüşünüzə maksimal diqqət yetirin. Diqqətli və sayıq olun.
Buğa - günün ilk yarısı həddən artıq uğurlu olacaq. Peşəkar fəaliyyət müstəvisində inkişaf üçün yaxşı imkanlar yaranacaq. Faydalı tanışlıqlara nail ola bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Uğurlarınızdan danışmaqdan utanmayın.
Günün ikinci yarısında mübahisəli məsələlərlə bağlı mövqeyinizi açıqlamaqdan çəkinməyin. İşgüzar fəaliyyətdə təşəbbüskar olun. Axşam saatları mübahisələr, ixtilaflar, münaqişələr, qarşılıqlı iradlar zamanıdır. Diqqətli və qayğıkeş olun. Soyuqqanlı davranın. Yaşca sizdən böyük olanları tənqid etməyin.
Əkizlər - günün ilk yarısında fəaliyyətinizin maksimal dərəcədə effektiv olmasına çalışın. Aktiv olsanız, süstlüyə qapılmasanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Əks təqdirdə problemlərinizi başqaları həll edəcək. qarşınıza qoyduğunuz məqsədin yanlış olmadığına, yolun qısalığına əmin olun. Soyuqqanlı olun, özünüzə əminliyiniz azalmasın. Yaxınlarınızın təqdirinə və emosional dəstəyinə ehtiyacınız var.
Axşam saatları gərgin olacaq. Xoşagəlməz hadisələrlə müqayisədə, bədbin fikirlər əhvalınızı daha çox korlayacaq. Çətin olmayan, maraqlı işlərlə məşğul olun. Təxəyyülü işə salın.
Xərçəng - əlverişli olun. Hər addımınızı düşünün, götür-qoy etmədən çalışmayın. Kimsəyə imkan verməyin ki, sizi tələsdirsin. Fəsadları sonradan təəssüf və pərişanlıq doğuracaq səhvlər etməyin.
İşdə yaranan problemləri həll eməyə can atın. Dalaşanları sakitləşdirin, mübahisə edənləri barışdırın. Konfliktləri nizamlayın. Bu istiqamətdəki səyləriniz nəticəsiz qalmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlər asan və harmonik olacaq. Maraqlı, romantik tanışlıqlar istisna deyil. Səfər, səyahət üçün yaxşı zamandır. Axşam saatlarında normal istirahət edir.
Şir - günün ilk yarısı rəvan zamandır. Önəmli saydığınız işlərdə irəliləyişə nail olun. Gərəkli nəticə əldə olunmayanda tələskənliyə yol verməyin. Səbrli və təmkinli olun. Tənqidə maksimal dərəcədə sakit reaksiya verin. Başqalarının sözlərinə çox qulaq asmayın. Nə etmək gərəkdiyi barədə öz fikirləriniz hər şeydən üstündür.
Günün ikinci yarısı yeni tanışlıqlar zamanıdır. Rəğbət bəslədiyiniz insanlarda özünüzlə bağlı xoş təəsürat yaratmağa çalışın. Situasiyanın çətinləşməsi münasibətlərin inkişafına mane olsa da, təşəbbüskar olun. Axşam saatlarında alış-verişə yollanmaq olar. Spontan xərclərə yol verməyin.
Qız - gün çətinliklərdən xali deyil. Problemlərə daxilən hazır olun, mənəvi tarazlığı üstün tutun. Son vaxtlar çox qüvvə sərf etdiyiniz məsələlərdə irəliləməyə çalışın. Gecikmələr və təxirəsalmalar sizi təəssüfləndirə bilər. Buna görə başladığınız işi yarımçıq qoymayın. Günün ikinci yarısında nüfuzlu şəxsin dəstəyini qazana bilərsiniz. Təcrübəli insanın məsləhətinə ehtiyacınız var.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənə bilər. Maraqlı, qeyri-adi insanlar sizinlə tanış olacaqlar. Onlarla ünsiyyət sizə çoxlu emosiyalar bəxş edəcək. Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - günün ilk yarısı işgüzar fəaliyyət və yaradıcılıq planlarının həlli üçün əlverişli zamandır. İkinci dərəcəli işlərlə məşğul olaraq önəmli məsələni kölgəyə salmayın. Qərarları müstəqil qəbul edin. Yaranmış situasiyanı müzakirə edin, dürüst qərarlar verin. Günün ikinci yarısı enerjili, diqqətli olun. Planlaşdırdığınızdan daha artıq işləyin.
Şəxsi münasibətlərdə problemlər yaranacaq. Rəğbət bəslədiyiniz insanla bağlı informasiya təəssüf doğura bilər. Əhvalınız korlana bilər. Yeni tanışlarla ehtiyatlı olun. Onlar barədə layiq olduqlarından artıq düşünməyin.
Əqrəb - bir sıra məsələlər baxımından əlverişli gündür. Mürəkkəb və mühüm işləri başa çatdırın. Xeyli qüvvə sərf etdiyiniz məsələni yarımçıq qoymayın. Maliyyə durumunuz əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Köhnə borcun qaytarılması və ya ödənişin alınması mümkündür.
Günün ikinci yarısında hüquqi münaqişəni asanlıqla həll edəcəksiniz. Qərarlarınız yaxın ətrafınızdakı insanları narahat edə bilər. Amma onlar haqlı olduğunuzu etiraf edəcəklər. Qeyri-adi və qarışıq situasiyalarda qərarlarınız yanlış olmasın. Bəyəndiyiniz insanla görüş üçün axşam saatları əlverişlidir. Dəyər verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Oxatan - günün ilk yarısı sürprizlər vəd edir. Hadisələr gözləntilərinizə uyğun olaraq inkişaf edəcək. Planlarınızı həyata keçirməyə kimsə mane olmamalıdır. Çətinliklər yaranarsa, köhnə dostlar və sınanmış müttəfiqlərə üz tutun. Bunu nə qədər tez etsəniz, problemlərin həlli bir o qədər az vaxt olacaq.
Günün ikinci yarısı ailə üçün əlverişlidir. Gəlirlər olacaq, işgüzar səfərlər uğurlu alınacaq. Yaxınlarınızla təmaslar sizi sevindirəcək. Münasibətlər daha səmimi, rəvan olacaq. İntuisiyanız kəskin olmalıdır. Gələcək barədə düşünün. Hadisələrin hansı məcrada inkişaf edəcəyini təxminləməyə səy göstərin. Axşam saatlarında normal istirahət edin.
Oğlaq - çətinliklərdən xali olmayan gündür. Narahat olmayın, yaşanacaq problemləri əvvəlcədən təxminləmək olar. Bu səbəbdən də heç bir hadisəni qəfil saymayın. Uğurlar istisna deyil. Daha güclü rəqiblərlə mübarizəyə başlamaqdan çəkinməyin. Güclü insanlarla mübahisələrdə mövqeyinizi qorumağa hazır olun.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından yaxşı zamandır. Yaxınlarınız sizdən məsləhət gözləyir. Yaşam təcrübəsi sizdən artıq olan insanlarla diqqətli olun. Səfərə dostlarla yollanmaq məsləhətdir.
Dolça - gün pis deyil. Saatlar keçdikcə şəxsi münasibətlərdə ciddi dəyişikliklərə nail olmaq mümkündür. Başladığınız işi yarımçıq qoymayın. Astagəl, süst olmayın. Münasibətlər harmonik olmalıdır. Yaxınlarınızı anlamağa çalışın.
Günün ikinci yarısında işdə uğurlar ola bilər. Həmkarlarla dil tapın, hər kəs üçün gərəkli sözlər tapın. Müttəfiqlərin seçimində yanılmayın. Tərəfdaşla danışıqlarda sərvaxt olun. İşdə rəhbərliklə dil tapın.
Balıqlar - günün ilk yarısı sakit və xoş keçəcək. Böyük uğurlar olmayacaq. Yaşamınızda köklü dəyişikliklər etməyə can atmayın. Çalışdığınız işdən həzz alın. Sizi narahat edən problemləri maraqlı insanlarla müzakirə etmək olar. Yeni məlumat, bilik və təcrübə əldə etmək üçün münasib zamandır.
Günün ikinci yarısında yaxşı ideyalar yaranacaq. Kommersiya fəaliyyəti və yeni gəlir mənbələri aramaq üçün pis zaman deyil. Alış-veriş etmək olar. Bədxərclik etməyin.
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub
Baş redaktordan Su idarəsinin rəisinə sərt mesajlar: "Bu “hüquqşünas” ayıbına kor olmaq əvəzinə hələ utanmadan deyir ki.." (VİDEO)
Tramp–Əliyev xətti və İranın gələcəyi: Cənubi Azərbaycan üçün geopolitik pəncərə - TƏHLİL
Milli Məclisdə daha br sahə üzrə dinləmə keçiriləcək
Yaponiya növbədənkənar seçkiyə gedir - Parlament buraxıldı
Bakıda dəm qazı daha bir can alıb