Perm vilayətindən Azərbaycana birbaşa uçuşlar olacaq

img

15-06-2022 [15:00]


Rusiyanın Perm vilayətindən Azərbaycana, Belarusa, Tacikistana, Özbəkistana və Ermənistana birbaşa uçuşların yerinə yetirilməsi planlaşdırır.

Bu barədə regional nəqliyyat nazirliyinin rəhbəri Andrey Alyakrinski hökumətin iclasında bildirib.

Həmçinin Çelyabinsk və Vladiqafqaza yeni subsidiyalı hava marşrutlarının açılması planlaşdırılır.

Regional Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda Permdən 27 istiqamətə aviareyslər həyata keçirilir, onlardan üçü beynəlxalqdır: Antalya (Türkiyə), Oş (Qırğızıstan) və Namanqan (Özbəkistan).

Həmçinin qeyd olunub ki, ötən il Perm hava limanının sərnişin axını 2 milyona yaxın sərnişin təşkil edib ki, bu da 2019-cu il pandemiyadan əvvəlki dövrün göstəricisini xeyli üstələyir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA