Ərdoğan: “Türkiyə taxıl böhranını aradan qaldırmaq üçün vasitəçilik edir"

img

15-06-2022 [14:48]


“Dünya iqtisadiyyatında problemlərin aradan qalxacağını səbirlə gözləyəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş iclasında bildirib.

“Türkiyə Rusiya-Ukrayna savaşı nəticəsində dünyada meydana gələn taxıl böhranını aradan qaldırmaq üçün vasitəçilik edir. Bu istiqamətdə çətinliyimiz yoxdur. Fermerlərimizin təsərrüfat üçün yanacaq çatışmazlığını aradan qaldırırıq. Qara dənizdə aşkar edilən təbii qazı ümumi enerji sistemimizə qoşmağa çalışırıq. Xam neftin qiymətinin bahalaşması məlumdur”, - dövlət başçısı vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA