Bunlara 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq - Hökmətdən qərar

img

14-06-2022 [20:18]


Aktiv mayalardan maya kulturaları, quru və çörəkçilik mayaları istisna olmaqla, digərlərinə 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Mia.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində müvafiq qərarında dəyişiklik edilib.

Xatırladaq ki, bundan əvvəl maya kulturaları, quru və çörəkçilik mayaları ilə bərabər, digər aktiv mayalara da idxal gömrük rüsumu tətbiq olunmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA