Ukraynadan İspaniyaya yeni marşrutla ilk qarğıdalı partiyası tədarük edilib

img

13-06-2022 [16:44]


Ukraynada yetişdirilən 18 min ton qarğıdalının daşındığı “Alppila” adlı yük gəmisi bazar ertəsi İspaniyanın şimal-qərbindəki dəniz limanına çatıb.

Bu barədə CNN məlumat yayıb.

Yükün çatdırılması yeni dəniz marşrutu, yəni Baltik dənizi vasitəsilə həyata keçirilib.

Bildirilir ki, ilk qarğıdalı partiyası qərbi Ukraynadan yük maşınları ilə Polşa və Rumıniyaya yola salındıqdan sonra Polşanın Baltik dənizindəki Svinouysçe dəniz limanında gəmiyə yüklənib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA