Dünya bazarlarında neftin qiyməti düşüb

img

10-06-2022 [09:51]


Dünya bazarlarında neftin qiyməti düşüb. İnvestorlar Çində tələbin azalması perspektivlərini qiymətləndirirlər.

Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,58% ucuzlaşaraq 1 bareli 122,36 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,58% düşərək 1 bareli 120,82 ABŞ dolları təşkil edib.

Neft investorları koronavirusa yeni yoluxma hallarının aşkarlanması səbəbindən Çində tətbiq olunan məhdudiyyətlərin artırılmasından naharatdırlar. Treyderlər “qara qızıl”a olan tələbin azalacağını güman edirlər./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA