Özünü ölmüş kimi təqdim edən “Caspian İnşaat MB” MTK-nin direktoru barədə maraqlı məlumat yayıldı

img

07-06-2022 [14:15]


Xəbər verildiyi kimi, 2 gün əvvəl özünü ölmüş kimi təqdim edən “Caspian İnşaat MB” MTK-nin direktoru Rafət Qəniyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mia.az yeniavaz.com-a istinadla xəbər verir ki, Rafət Qəniyevin ölümü barədə ilk rəsmi məlumat 25 noyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən açıqlanıb.

Baş Prokurorluğun açıqlamasında bildirilir ki, Rafət Qəniyevin direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən özünün yanıb ölməsi görüntüsünü yaradıb.

Rafət Qəniyevin direktor olduğu “Caspian İnşaat MB” MTK (VÖEN-1403886481) ilə ad bənzərliyi olan daha bir şirkət “Kaspian İnşaat MB” MMC (VÖEN-1400923131) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Məmmədov Bəxtiyar Sabir oğludur. Bu şəxsin qanuni təmsilçi olduğu daha bir şirkət “Kaspian Turizm MB” MMC (VÖEN-1400930291) adlanır. Ehtimal etmək olar ki, şirkət adlarındakı “MB”də qanuni təmsilçinin ad və soyadının baş hərflərindən götürülüb.

Şirkətlər barəsində açıq internet resurslarda olduqca məhdud məlumatlar mövcuddur. Yeganə məlumatlradan biri odur ki, Qarabağ qazisi olduğu deyilən Muğan Salmanov 2008-ci ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində “Kaspian İnşaat MB” MMC-nin tikdiyi çoxmərtəbəli binadan müqavilə əsasında 4 otaqlı mənzil aldığını və daha sonra MMC-nin rəhbəri Bəxtiyar Məmmədovun ona məxsus mənzili təkrarən başqa bir şəxsə satdığını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR