Rusiya Ukraynada ikinci böyük taxıl terminalını dağıdıb

img

07-06-2022 [13:19]


“Rusiya Ukraynanın Nikolayev şəhərində yerləşən böyüklüyünə görə ikinci taxıl terminalını məhv edib".

BBC xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

“Rusiya Prezidenti Vladimir Putinin bu cür xəbərlər fonunda ünvanına irəli sürülən ittihamlardan yayınmaq məqsədilə yaydığı dezinformasiya daha nifrət yaradır”, - o əlavə edib.

Jozep Borrelin sözlərinə görə, Rusiya qondarma “taxıl blokadası” tələbindən ilk dəfə deyil istifadə edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA