Putin: "Bu, vəziyyəti daha da ağırlaşdıracaq" - "Rusiya heç bir şərt qoymur və taxılı..."

img

04-06-2022 [10:03]


Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibə verib.

Mia.az xəbər verir ki, o, Ukraynadakı savaşa, sanksiyalara və Ukrayna limanlarından taxil və digər zəruri malların ixracına yaranan problemlərdən söz açıb.

Putin bir daha bəyan edib ki, Rusiyaya qarşı yeni sanksiyalar dünya bazarlarında vəziyyəti daha da ağırlaşdıracaq: "Yeni sanksiyalar dünya bazarlarında qiymət artımı yaradır. Bu, dünya gübrə bazarlarında vəziyyəti daha da ağırlaşdıracaq. Bu o deməkdir ki, məhsul yığımına təsir edəcək. Deyərdim ki, bu dalana aparan siyasətdir”.

Putin qeyd edib ki, Rusiya Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə hazırdır: "Ukrayna taxılı Berdyansk limanı, yaxud Belarus vasitəsilə ixrac etmək olar. Rusiya bunun üçün heç bir şərt qoymur və taxılın Ukrayna limanları vasitəsilə ixracının təhlükəsizliyinə zəmanət verir. Ukrayna taxılının ixracının ən asan yolu Belarusdan keçir, lakin buna görə Minskdən sanksiyalar götürülməlidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR