"Mastercard"ın Azərbaycan və Türkiyə üzrə yeni Baş direktoru təyin olunub

img

02-06-2022 [14:54]


"Mastercard" Beynəlxalq Ödəniş şirkəti Azərbaycan və Türkiyə üzrə yeni Baş direktoru təyin olunub.

Mia.az Report-a istinadla xəbər verir ki, Türkiyə üzrə "Mastercard"ın prezidentinin köməkçisi kimi çalışan Avşar Gürdal bundan sonra şirkətin Azərbaycan və Türkiyə üzrə Baş direktoru vəzifəsini icra edəcək.

Boğaziçi Üniversitetinin Maşın Mühəndisliyi fakültəsindən məzun olduqdan sonra Koç Üniversitestində MBA dərəcəsi əldə edən Avşar Gürdal, 2015-ci ildən etibarən "Mastercard" şirkətinin əməkdaşı olaraq çalışmaqdadır.

Qeyd edək ki, karyerasına "Unilever" şirkətində başlayan Gürdal, PRG və "Value Partners" kimi şirkətlərdə çalışdıqdan sonra 2015-ci ildə "Mastercard Advisors"un tərkibinə cəlb edilib. 2016-cı ildə "Mastercard" Müştəri Xidmətləri şöbəsinin icraçı direktoru vəzifəsinə təyin edilib. 2019-cu ildən isə Gürdal "Mastercard"ın Türkiyə üzrə prezidentinin köməkçisi vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA