Kuleba: "NATO-nun cəsarətli olacaqlarına inanmıram"

img

25-05-2022 [11:12]


“NATO Ukraynanın dənizlə ərzaq ixracına təminatla bağlı qərar verməsi çətin məsələdir”.

Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Davosdakı çıxışında Dmitro Kuleba deyib.

O bildirib ki, ölkəsi hazırda çıxış yolu axtarır: "Əgər kənd təsərrüfatı dövriyyəsi qırılsa, bu, dünyada ərzaq baxımından çoxillik problemlərə səbəb olacaq. Rusiya təhlükəsiz keçidlə bağlı zəmanət versə belə, bunu hər an poza bilər. Ona etibar etmək mümkün deyil. NATO isə müharibənin ən faciəli zamanında Ukrayna səmasını bağlamadı. İndi ixracı təmin etmək üçün dəniz yolunu açarmı? Məsələni güc yolu ilə həlli üçün cəsarətli olacaqlarına inanmıram".

Digər xəbərlər
SON XƏBƏRLƏR