Rusiyadan Finlandiyaya qaz ixracı dayandırılır

img

20-05-2022 [16:56]


Rusiya qazının Finlandiyaya ixracı mayın 21-dən etibarən dayandırılacaq.

Bu barədə Finlandiyanın enerji təminatçısı olan "Gasum" şirkəti məlumat yayıb.

“Çox təəssüf ki, bizim tədarük müqaviləmiz çərçivəsində təbii qazın tədarükü artıq dayandırılacaq. Bununla belə, biz bu vəziyyətə diqqətlə hazırlaşmışıq və qaz nəqli şəbəkəsində heç bir nasazlığın olmamasını şərtləndirmişik”, - "Gasum"un yaydığı məlumatda bildirilib.

Alternativ təchizat şəbəkələrinin qurulduğu qeyd olunub.

Bildirilib ki, Rusiyadan qaz axını mayın 21-i səhər saat 07:00-da dayanacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR