Deputatlar hazırkı pensiya təminatına etiraz edir: "Penisya yaşı kişilər üçün 60, qadınlar üçün isə..."

img

05-05-2022 [15:39]


"Azərbaycanda penisya yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaş olmalıdır”.

Mia.az xəbər veirr ki, bunu Milli Məclisin deputatı Əli Məsimli bugünkü iclasda deyib.

O bildirib ki, 5 il əvvəl ölkədə pensiya təminatı sərtləşdirilib: "Hazırda Azərbaycanda demoqrafik vəziyyət dəyişib. 5 və 5-dən çox uşağı olan ailələrin sayı azalıb. Biz artıq çoxuşaqlı ailələrin təminatını da müzakirə etməliyik".

Deputat Fəzail Ağamalı isə deyib ki, Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir:

"İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Biz pensiya yaşı həddini kişilər üçün 60, qadınlar üçün 50 etsək daha optimal olar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA