"Azərişıq"da tender: 8 milyonluq layihənin qalibləri bəlli oldu

img

04-05-2022 [10:51]


"Azərişıq" ASC Zəngilan rayonunda inşa edilən "Ağıllı kənd"in (1), eləcə də beynəlxalq aeroportun (2) elektrik enerjisi ilə təchizatına dair elan etdiyi 2 açıq tenderə yekun vurub.

Mia.az xəbər verir ki, Report dövlət satınalmalarının vahid internet portalına istinadən məlumat yayıb.

Bildirilib ki tenderlərin qalibləri müvafiq olaraq “Light City” və “Electro İndustries” QSC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 4,854 milyon manat və 3,3 milyon manat, ümumilikdə isə 8,154 milyon manat ödəniləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA