Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı yeni qərar verdi - Yeni sədrdən açıqlama

img

29-04-2022 [12:09]


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə qurumun sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyunun 17-də ictimaiyyətə açıqlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA