Rusiya qazın pulunu rublla ödəməyən ölkələri hədələdi: "Qaz veriməyəcək" - "Bu, açıq şantajıdır"

img

27-04-2022 [15:31]


"Polşa və Bolqarıstandan başqa Rusiya qazının pulunu rublla ödəməyən digər dövlətlərə də qaz nəqli dayandırılacaq".

Mia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O bildirib ki, rublla ödənişdən imtina edən dövlətlər barədə Putinin fərmanına əsasən, qərar veriləcək.

Məsələyə Avropa Komissiyasında da sərt reaksiya verilib. Bildirilib ki, bu, Rusiyanın açıq şantajıdır.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə “Twitter“də yazlb ki, “Qazprom”un  qazı dayandırmaq  qərarı Rusiyanın növbəti birtərəfli aqressiv addımıdır: "Mən Polşa Baş naziri Mateuş Moravietski və Bolqarıstan Baş naziri Kiril Petkov ilə danışıram. Biz vahid qalacağıq, Avropa İttifaqı vahid qalacaq və Rusiyanın enerji idxalını tədricən dayandırarkən bir-birimizi dəstəkləyəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR