FƏLSƏFƏNİN ƏSASI OLAN ETİKANIN TURİZM BAXIMINDAN ƏHƏMİYYƏTİ... - Kafedra müdiri yazır
14-04-2022 [16:45]
Fəlsəfənin ən qədim tərkib hisssələrindən biri etika anlayışı qədim yunan dilində əxlaq, adət, xarakter, davranış, temperament və sözləri özündə ehtiva edir.
Fəlsəfi təlimlər tarixinin inkişafına nəzərən qeyd edə bilər ki, əxlaq təlimi olan etika fəlsəfə ilə birgə inkişaf etmişdir. İlk dəfə yunan filosofu Aristotel “ethosu” həm isim – “etika”, həm də sifət – “ethikos” kimi işlətdi. O, “ethos”u “insanların adət etdikləri yaşayış məskəni”, daha sonra isə sadəcə olaraq “adət”, “vərdiş”, “xarakter”, “temperament” kimi mənalardan uzaqlaşdıraraq insan keyfiyyətlərini, insanın fərdi xüsusiyyətlərini ictimai əxlaqın müəyyən adət edilmiş formaları ilə vəhdətdə nəzərdən keçirən “etik” – “ethikos” şəklinə saldı. Aristotelin fikrincə, bu kefiyyətlər “etik fəzilətlər” olub, “etika”nın əsas tədqiqat obyektini təşkil edir. Adında “etika” sözü olan ilk əsərləri də Aristotel yazmışdır: “Nikomax etikası”, “Evdem etikası”, “Böyük etika”. Etik problemlər Aristotelin digər əsərlərində də mərkəzi yer tutur.
Qədim Çin filosofları etika haqqında müxtəlif fikirlər söyləmişlər. Çin filosofu Konfutsinin etikasını “jen” yəni “humanizm” təşkil edirdi.Onun fikrincə humanism elə bir elə bir mənəvi prinsipdir ki, cəmiyyətdə və ailədə insanlar arasındakı münasibətləri müəyyənləşdirir, cəmiyyət vəzifə sahiblərinə ailədə isə ailə başçılarına hörmət etməyə şərait yaradır.
Etika əxlaq, mənəviyyat haqqında elimdir, əxlaq onun öyrənmə və tədqiqat obyektidir. Əxlaqın əsas kateqoriyaları olan “ədalət”, “insaf”, “yaxşılıq”, “ləyaqət”, “vicdan”, “xoşbəxtlik”, “sadəlik və təvazökarlıq”, “mehribanlıq”, “alicənablıq və mərhəmətlik”, “xeyir və şər”, eyni zamanda “ədalətsizlik”, “qəddarlıq”, “pislik” və s. ilə bağlı anlayışlardır. Məlumdur ki, əxlaq cəmiyyətə və başqa insanlara münasibətdə insanın vəzifələrini müəyyən edən normalar sistemi, mənəvi davranışlardır.
Çağdaş dünyamızda həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilən və idarəetmənin əsas elementlərindən biri sayılan etika yaxın keçmişdən bu günədək zamanın tələblərinə uyğun olaraq dəyişmiş və özünə yeni məna çalarları daxil etmişdir. Bu mənada etikaya yanaşsaq dövlətlərlər və xalqlar müxtəlif məsələlərdə müxtəlif mövqe göstərsələrdə, universal xarakter daşıyan etika haqqında birgə mövqe göstərməkdədirlər.Bununla yanaşı etik məsələlərdə ümumbəşəri normalar mövcud olsada müxtəlif peşələrlə əlqədar fəaliyyət növləri mövcuddur.Məsələn; müəllim etikası, həkim etikası, jurnalist etikası, biznes etikası, idarəçilik etikası və s. Haqqında söhbət açacağımız etika turizmdən bəhs edir.Turizm sektorunun inkişafında diqqət çəkən əsas məqamlardan biri etik kodekslərdir.Başqa sözlə desək nəyin necə etməli olduğunu müəyyən edən etik prinsiplər və etik davranış standartlardır.
Son illərdə etik kodekslər turizmin həm iş fəaliyyəti, həm də praktik olaraq etik aspektini artırmaq üçün turizm sənayesinin inkişafı ilə yanaşı, səfər edilən ölkələrdə turistlərin hüquqlarının qorunması həmçinin turistlərin etik pozuntularının qarşısını almaq məqsədilə hazırlanmışdır.
Turist səyahətləri zamanı ölkələrin təbiətinin, mədəni irsinin qorunması Dünya Turizm Təşkilatının bütün bəşəriyyət üçün təsdiq etdiyi Turizmin Qlobal Etik Kodeksi adlı sənədlə tənzimlənir. Bu sənəddə turizm səfərlərini təşkil edən qurumlara da, istirahətə gedən şəxslərə də ilk öncə torpağa, təbiətə və mədəni irsə xələl gətirməmək tövsiyə olunur.
Qeyd etmək yerinə düşər ki, bu məsələdə bütün turizm şirkətləri Turizmin Qlobal Etik Kodeksinə riayət etməlidirlər.Turistlər öz istirahətlərini daha rəngarəng keçirmək üçün mənzərəli yerlərdə də, istirahət etməyə üstünlük verirlər.Hər bir turist getidiyi ölkədə bu gözəl mənzərəyə, gözəl təbiətə də xələl gətirilməməlidir”.
Turizmin idarəolunmasında etik qaydalarına əsasən, qadınlar və kişilər arasında bərabərliyə hörmət göstərilməli eyni zamanda insan haqlarına, xüsusilə uşaqlar, qocalar, əlillər və etnik azlıqlar kimi həssas qrupların fərdi hüquqlarına hörmət edilməlidir.
BMT-nin Ümumdünya Turizm Təşkilatının “Turizmdə anlayışlar” sənədinə əsasən “Dünyanın dəyərlərinə birbaşa və fərdi giriş, kəşf və gözəllikdən zövq almaq bütün insanlar üçün bərabərdir. Milli və beynəlxalq turizm fəaliyyətlərində artan iştirak, asudə vaxtın ən yaxşı ifadələrindən biri kimi görülməli və qarşısında duran əngəllər aradan qaldırılmalıdır”.
Dövlətlər turistlərə inzibati və hüquqi xidmətlərə, habelə konsulluqların nümayəndələrinə sürətli çıxış imkanı yaradır və daxili və xarici ictimai rabitə ilə təmin edir. Eyni zamanda isə öz ölkələrinin vətəndaşlarına və xarici turistlərə ərazinin müəyyən ərazilərinə münasibətdə milli maraqlarda qəbul edilən istənilən məhdudlaşdırıcı tədbirlərə xələl gətirmədən ölkə daxilində sərbəst hərəkət etməyə icazə verməlidirlər və turistlərə qarşı ayrı-seçkilik tədbirlərinə yol verməməlidirlər.
Ümumiyyətlə tranzit və müvəqqəti yaşayış yerlərində yerli əhalinin adətlərini öyrənmək üçün turistlərə şərait yaratmaq və məlumat vermək vacib şərtlərdən biridir.
Yerli əhalinin adət-ənənələri, ənənəvi və dini fəaliyyətləri, yerli qadağalar, hörmət edilməli olan müqəddəs yerlər və ziyarətgahlar haqqında, qorunub saxlanılmalı olan bədii, arxeoloji və mədəni dəyərlər haqqında, qorunmalı olan fauna, flora və digər təbii sərvətlər haqqında turistlər məlumatlandırılmalıdır. Çünki turistlərin əksəriyyəti səfər zamanı öz mənəvi ehtiyaclarını ödəməyə can atırlar.
Turizmin inkişafında iştirak edən bütün tərəflər, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarının, xüsusilə Dünya Turizm Təşkilatının, turizm, insan hüquqları, ətraf mühit və sağlamlığın inkişafında beynəlxalq qanunlarla əlaqədar rolunu tanımalıdırlar.
Ölkəmizdə turizm sektorunun inkişafı Ümumdünya Turizm Təşkilatının 1999-cu ildə qəbul etdiyi ümumdünya turizm etikası kodeksinə əsaslanır və Azərbaycan turizm sektoruna uyğunlaşdırılıb.Bu turizm fəaliyyəti ilə məşğul olanlar üçün, turizmin inkişafında maraqlı dövlətlər və eyni zamanda da turistlər üçün təməl bir sənəddir. Bu sənəddə maddələrin hər biri özündə turizmin inkişafı üçün nələri etmək lazım olduğunu ehtiva edir.Kodeksdə turizmin xalqlar və cəmiyyətlər arasında qarşılıqlı anlaşma və hörmətə töhfəsi; turizm fərdi və kollektiv təkmilləşmə amilidir; turizm davamlı inkişaf amili; turizm bəşəriyyətin mədəni irsindən istifadə edən və onun zənginləşməsinə töhfəsini verən sahədir; turizm yerli əhali üçün faydalı fəaliyyətdir; turizm prosesi iştirakçılarının vəzifələri; turizm hüququ; turizm səyahətlərinin azadlığı;turizm sənayesi işçiləri və sahibkarlarının hüquqları; turizmin etik kodeksinin prinsiplərinin gerçəkləşdirilməsi ilə bağlı maddələr yer alıb. Bunlar, ümumilikdə turizm prosesi iştirakçılarının vəzifələrini, turistlərin və turizm subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsi, turizm növlərinin təşviqi və s. məsələləri özündə ehtiva edir.
Məqalənin sonunda qeyd etmək istərdim ki, turizmin idarə olunmasında idarəçilik mədəniyyətinin formalaşdırılmasını şərtləndirən cəhətlərdən ən başlıcası, hər bir turist öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməsidir.
Ölkəmizdə turizmin idarə olunmasında qeyd olunan Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə uyğun olan, dünya təcrübəsinə cavab verən etik davranış kodeksləri tətbiq olunmaqdadır.
Flora Kərimova,
Naxçıvan Dövlət Universitetinin “Bələdiyyə və turizm kafedrasının müdiri
Mia.az
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib
Minimum əməkhaqqı ilə bağlı qərar verildi
Sabah hava necə olacaq? - Proqnoz
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? - TƏHLİL
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"