Zelenski daha bir xarici ölkə parlamentində: "Biz olmasaq, onlarla ölkə aclıq təhlükəsi ilə üz-üzə qalacaq"

img

06-04-2022 [17:17]


“Rusiya bütün dəniz limanlarımızı və ixracat üçün kənd təsərrüfatı məhsulları yüklənmiş gəmilərimizlə birlikdə mühasirədə saxlayır. Onlar bunu niyə edir? Çünki onlar aclığa adi insanlara qarşı tətbiq edilən silah kimi baxırlar. Üstünlüyünü göstərmək üçün alət olaraq ondan istifadə edirlər”

Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiya parlamentində çıxışı edərkən deyib.

O bildirib ki, Ukrayna dünyanın ərzaq bazarının aparıcı dövlətlərindəndir: “İxracatımız olmazsa, Afrika və Asiyanın onlarla ölkəsi aclıq təhlükəsi ilə üz-üzə qalacaq. Ərzaq məhsullarının fiziki olaraq çatışmazlığı səbəbindən qiymətlər çox bahalaşır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR