Avro manata qarşı dəyərdən düşür

img

06-04-2022 [15:29]


Bu gün avronun (EUR) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi daha 0,6% enərək 1,8524 manat təşkil edib. Bu, 2020-ci ilin 18 may tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.

Mia.az APA-ya istinadla xəbər verir ki, sonuncu dəfə avronun manata qarşı bundan aşağı göstəricisi 2020-ci il mayın 18-də qeydə alınıb – 1,8395 manat. Ötən il yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 11,6% ucuzlaşıb.

Qərbin Rusiyaya qarşı yeni sanksiyaları ehtimalının avroya təzyiqi artırması nəticəsində avro möhkəmlənən ABŞ dolları qarşısında yenidən enməyə başlayıb.

Qeyd edək ki, manatın dollara qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, avronun dollar qarşısında dəyərsizləşməsi AZN-EUR cütlüyündə də eyni nəticəyə gətirib çıxarıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA