KÖMÜR İDXALI, BANK ƏMƏLİYYATLARI, GƏMİ VƏ AVTOMOBİL NƏQLİYYATI... - Rusiyaya qarşı daha bir sərt sanksiya paketi elan olunacaq

img

05-04-2022 [17:12]


Avropa İttifaqının Rusiyaya qarşı növbəti aır sankisya paketini qəbulk etməyə hazırlaşır.

Mia.az xəbər verir ki, yeni sanksiyaların müddəalarını Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen açıqlama yayıb.

O bildiirb ki, Rusiya Ukaynanın dinc əhalisinə qarşı amansız müharibə aparır:

"Bu gərgin məqamda təzyiqləri davam etdirmək lazımdır. Bu gün beçinci sanksiyalar paketini təklif edirik. Beləlikə, Rusiyadan ildə 4 milyard avro dəyərində kömür idxalına qadağa qoyulmasını, Rusiyanın 4 əsas bankında, o cümlədən Rusiyanın 2-ci ən böyük bankı olan VTB-də tam əməliyyat qadağası qoyulmasını, Rusiya və Belarus gəmilərinin Avropa İttifaqı ölkələrinin limanlarına çıxışınının yasaqlanmasını, həmin ölkələrin avtomobil nəqliyyatı operatorlarına qadağan olunmasını, mühüm sahələrdə 10 milyard avro dəyərində əlavə ixrac qadağalarının tətbiq olunmasını təklif edirik”.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə dünya dövlətlərini Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb: “Rusiya müharibədə qalib gəlməyəcək. Ukraynada törədilən vəhşilikləri dayandırmaq üçün indi Kremlin döyüş maşınının sıradan çıxarılması çox vacibdir. Sanksiyaları ciddi şəkildə gücləndirməkdən başqa yol yoxdur”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR