Azərbaycan neft hasilatının 432 min barel artırılmasına razılıq verdi

img

31-03-2022 [18:47]


Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 27-ci iclasında gündəlik neft hasilatının mayda 432 min barel artırılmasına Azərbaycan da razılıq verib.

Mia.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, artım ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş razılaşmaya əsasən müəyyənləşdirilib.

Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barrel həcmində olması nəzərdə tutulur.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 28-ci iclasının mayın 5-də keçirilməsi razılaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA