Peskov: "Rusiya iqtisadiyyatı müharibəyə bərabər vəziyyətdədir"

img

29-03-2022 [14:05]


Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın planlarına NATO üzvü olan ölkələrə zərbələr endirmək və ya məcburi olmasa, onların ərazilərinə müdaxilə daxil deyil. 

Mia.az xəbər verir ki, o, Amerikanın PBS telekanalına müsahibəsində belə bir vəziyyətin yarana biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib: “Biz bu barədə düşünmək istəmirik".

O, Rusiyanın öz narahatlıqları ilə bağlı çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, NATO-nun Rusiya sərhədlərində qüvvələr toplamasını narahatedici adlandırıb.

O bildirib ki, Rusiya iqtisadiyyatı və dünya ticarəti hazırda müharibəyə bərabər vəziyyətdədir: "Rusiya belə bir vəziyyətə uyğunlaşmaq məcburiyyətindədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA