Hökumət tütünü idxal rüsumundan azad edib

img

28-03-2022 [17:44]


Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən, daxili bazarda yerli istehsalda istifadə olunan tütünün mümkün çatışmazlığının, habelə qiymət artımının qarşısının alınması və yerli tütün emalı sənayesinin aralıq məhsullarla təminatının mövcud səviyyəsinin qorunub saxlanılması məqsədilə hazırlanıb.

Qərara əsasən, istehsal məqsədli çəkməli tütün gələn ilin sonuna qədər spesifik idxal rüsumlarının tətbiqindən azad edilib.

Qərarın qəbul edilməsi ilə yerli tütün emalı sənayesinin istehsal məqsədli çəkməli tütünə olan tələbatının ödənilməsi səviyyəsinin qorunub saxlanılması, sözügedən məhsulların təminatında mümkün çətinliklərin və qiymət artımının qarşısının alınması proqnozlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR