Ermənistan prezidenti: "Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına ciddi risklər yaradıb"

img

10-03-2022 [13:24]


"Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına ciddi risklər yaradıb".

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistanın yeni Prezidenti Vaaqn Xaçatryan açıqlama verib.

O, sanksiyaların idarəolunmaz risklər yarada biləcəyini deyib: “Biz sanksiyaların nəticələrinin bir hissəsini proqnozlaşdıra bilərik, amma tam qiymətləndirmə mümkün deyil. Biz öz sistemimizi, maliyyə sektorumuzu sadə vətəndaşlara xidmət göstərməyə, bura köçərək biznes qurmağa çalışan şəxslərə xidmət etməyə hazırlamalıyıq”.

O, vəziyyətin kəskin dəyişə biləcəyini, Ermənistanın maliyyə sisteminə birmənalı zərər vuracağını əlavə edib.

Xaçatryan xarici amillərin ölkə iqtisadiyyatına neqativ təsirinin ilin sonuna qədər qalacağını düşünür/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA