SOCAR rəhbəri: "Təbii qaz ixracı 65 % artıb"

img

09-03-2022 [18:07]


2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 510,1 milyon kubmetr təbii qaz ixrac edib.

Mia.az xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, Şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf bildirib.

Onun sözlərinə görə, yanvar-fevral ayları ərzində SOCAR üzrə təbii qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 % artıb.

Xatırladaq ki, 2021-ci ilin yanvar-fevral aylarında SOCAR 309,4 milyon kubmet təbii qaz ixrac edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA