Ukraynanın Azərbaycandakı səfiri: "Müharibəni birlikdə dayandıracağıq”

img

01-03-2022 [18:01]


“Azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər. İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb. Bu yardım tezliklə Ukraynaya çatdırılacaq”.

Mia.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbukda yazıb.

O, xalqımıza təşəkkür edib: “Qardaş Azərbaycan xalqına təşəkkür edirik! Müharibəni birlikdə dayandıracağıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR