15 kiçik dövlət müəssisəsi, obyekt və maşınlar... - Bu əmlaklar hərraca çıxarılır

img

14-02-2022 [15:24]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 17, 29 və 31 mart tarixlərində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçirəcək.

Mia.az xəbər verir ki, martın 17-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi, 29 martda təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 16 nəqliyyat vasitəsi, 31 mart tarixindəki hərraca isə 15 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Cənubi Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2010-cu illər arasında dəyişir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə 2-si istisna olmaqla, qalanları bölgələrdə yerləşir.

Tam siyahı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3mmNVpB ).


Digər xəbərlər
SON XƏBƏRLƏR