Avropa İttifaqı və Dünya Bankı Azərbaycana qrant ayırır

img

14-02-2022 [12:14]


Avropa İttifaqı (Aİ) və Dünya Bankı Azərbaycana qrant ayrılması üçün müqavilə imzalayacaq.

Məlumata görə, 5,25 milyon ABŞ dolları həcmində olan vəsait "Azərbaycan texniki yardim aləti" adlı layihə çərçivəsində ayrılacaq.

Vəsaitin Aİ tərəfindən ayrılacağı, layihənin isə Dünya Bankı tərəfindən icra ediləcəyi deyilir.

Layihə 3 il müddətində Aİ-nin Azərbaycan üçün müəyyən etdiyi 4 strateji istiqamət və fəaliyyət sahəsi üzrə icra ediləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA