TAVANI UÇAN “YELO BANK", QEYRİ-BƏRABƏR ƏMƏKHAQQI VƏ... - Vahid Ələkbərovun bankı yenidən səhmdarları toplayır
14-02-2022 [14:57]
Ötən həftə Mərkəzi Bank Azərbaycanda fəaliyyət göstərən 26 bankın 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Mia.az xəbər verir ki, mətbuata verilən məlumata görə, bankların 23-ü ili xalis mənfəət, 3-ü isə xalis zərər ilə başa vurub.
Ötən il bank sektoru ümumilikdə 609 milyon manat xalis mənfəət əldə edib ki, bu da 2020-ci illə müqayisədə 41,2 milyon manat və ya 7,2% artım deməkdir. Xatırladaq ki, bir il əvvəl Azərbaycanın bank sektoru 2020-ci ili 567,8 milyon manat xalis mənfəət ilə bağlamışdı.
609 milyon manat mənfəətin necə bölüşdürülməsinə gəlincə, birinci üçlüyü Azərbaycan Beynəlxalq Bankı (208 milyon manat), “Kapital Bank” (179,963 milyon manat), “Paşa Bank” (90.180 min manat) tutur.
Sonrakı yerləri “Xalq Bank” (27.289 milyon manat), “Bank of Baku” (23.060 milyon manat), “Bank Respublika” (19.563 milyon manat), “Yelo Bank” (11.733 milyon manat), “AFF Bank” (9.363 milyon manat), “Express Bank” (7.701 milyon manat) “Ziraat Bankı” (7.033 milyon manat) və s. tutur.
Bank sektorunun büdcəyə ödədiyi mənfəət vergisinin həcmi 165 milyon 600 min manat olub. Maraqlıdır ki, zərərlə işləyən hər üç bank xarici ölkələrə məxsusdur. Söhbət Pakistan Milli Bankının, "Bank Melli İran"ın Bakı filiallarından və Türkiyənin “Yapı Kredi Bank”ının Azərbaycan filialından gedir. İlboyu ən çox mənfəət əldə edən bank isə, hər zaman olduğu kimi, dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı olub. Bank sektorunun toplam mənfəətinin 34.3 faizi – 209 milyon manata yaxını, sadəcə, Beynəlxalq Banka çatıb. Dövlətə məxsus digər bankın – “Azərtürk” Bankınsa mənfəəti cəmi 546 min manat olub.
Qeyd edək ki, bu məlumatlar kommersiya qurumlarının verdiyi məlumatlar əsasında Mərkəzi Bank tərəfindən tərtib olunur və ictimaiyyətə açıqlanır. Göstərilən rəqəmlərin nə qədər həqiqət olması isə məlum deyil. Bu zaman banklarla bağlı daha detallı araşdırma aparmaq lazım gəlir.
2021-ci il göstəricilərində ən böyük inkişaf dinamikasını Rusiyada yaşayan azərbaycanlı əsilli milyarder Vahid Ələkbərova məxsus “Yelo Bank” tutur. Xatırladaq ki, “Yelo Bank” ASC-nin səhmdarları "Topaz İnvetment Limited" MMC (96%), "İSR Holdinq" MMC (0.1%) və Marina Kulişovadır (3,9%).
Xatırladaq ki, Vahid Ələkbərov və Marina Kulişova ötən il oktyabrın 20-də Bakıya gələrək "Yelo Bank" ASC-nin yeni baş ofisinin rəsmi açılış mərasimində iştirak etmişdi. Mərasimdə çıxış edən milyarder 2021-ci ilin əvvəlindən həyata keçirilən yeni strategiyanın düzgünlüyünə əminliyini bildirib və Bankın yüksək maliyyə göstəricilərinin də bunun sübutu olduğunu ifadə edib: “Yelo Bank" missiyası həm kiçik və orta sahibkarlığa dəstək göstərməkdən, həm də Azərbaycan əhalisinə geniş çeşiddə maliyyə xidmətləri təqdim etməkdən ibarət olan müasir bir brenddir. Bu gün gördüyümüz hər bir şey komandanın peşəkarlığını sübut edir. "Yelo Bank" rəhbərliyi və kollektivini bu əlamətdar hadisə münasibəti ilə bir daha təbrik edirəm, hər kəsə uğurlar və qoyulmuş hədəflərə çatmağı arzulayıram".
""Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov isə bankın xidmət səviyyəsində artıq keyfiyyətcə yeni mərhələyə çatdığını deyib. “Yeni strategiyamıza əsasən iqtisadiyyatın real sektorunu dəstəkləməyə davam edəcəyik. Həmçinin, müştərilərimizin bank təcrübəsini təkmilləşdirmək üçün yeni innovativ həllər axtararaq pərakəndə bankçılığı da fəal şəkildə inkişaf etdirəcəyik”,- vurğulayıb.
“Yelo Bank” ASC 2021-ci il üzrə açıqladığı maliyyə göstəriciləri də rəhbər şəxslərin verdikləri bəyanatların məğzinə uyğundur. Belə ki, bank 2020-ci ili 39 milyon 748 min manat xalis zərərlə vursa da, 2021-ci ili 11 milyon 733 min manat xalis mənfəət əldə etdiyini elan edib. Kommersiya qurumundan verilən açıqlamada bildirilir ki, “Yelo Bank” illik olaraq da zərərdən mənfəətə keçib:
“Xalis mənfəət mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş vəsaitin hesabınadır. Ötən il də “Yelo bank” əməliyyat mənfəəti təmin edə bilməyib. 2021-ci ildə “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 67 miylon 177 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 17,2 % (və ya 9 milyon 855 min manat) çoxdur. 2020-ci ildə “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri 57 milyon 322 min manat təşkil etmişdi.
2021-ci ildə “Yelo Bank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 68 milyon 770 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 15,1 % (və ya 9 milyon 2 min manat) çoxdur. 2020-ci ildə “Yelo Bank”ın cəmi əməliyyat xərcləri 59 milyon 768 min manat təşkil etmişdi”.
Ötən il “Yelo Bank”ın cəmi əməliyyat xərcləri cəmi əməliyyat gəlirlərini üstələdiyindən Bank 1 milyon 593 min manat əməliyyat zərərilə üzləşib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 13 milyon 326 min manat azad olduğundan, həm əməliyyat zərəri bağlanıb, həm də Bankın 11 milyon 733 min manat xalis mənfəəti formalaşıb.
Xatırladaq ki, 2020-ci ildə “Yelo Bank” 2 milyon 446 min manat əməliyyat zərərilə bərabər ehtiyatlara 37 milyon 303 min manat ayırdığından həmən ili 39 milyon 748 min manat xalis zərər ilə bağlamışdı.
“Yelo Bank”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 36,5% və ya 142 milyon 798 min manat artaraq 533 milyon 722 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 390 milyon 924 min manat cəmi aktivlərə malik idi.
“Yelo Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 44,7 % və ya 137 milyon 699 min manat artaraq 446 milyon 38 min manat təşkil edib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 308 milyon 338 min manata çatmışdı.
“Yelo Bank”ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 50% və ya 117 milyon 480 min manat artaraq 352 milyon 639 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 235 milyon 159 min manat cəmi depozitlərə malik idi.
31 dekabr 2021-ci il tarixində “Yelo Bank”ın 62 milyon 390 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 53 milyon 805 min manat cəmi kapitala malik idi. Məcmu kapitalın artması xalis mənfəətin hesabınadır.
Bəs real vəziyyətlə açıqlanan rəqəmlər arasında uyğunluq varmı? “Yelo Bank” doğurdanmı cəmi 1 il ərzində dərin tənəzzüldən çıxaraq böyük mənfəət əldə edə bilib? Bu uğurun sirri nə ilə bağlıdır?
Bu barədə isə Mia.az-ı bank sektorunda çalışan mənbə ətraflı bilgiləndirib:
"“Yelo Bank” ciddi təhlükə qarşısındadır. Bu göstəricilərlə bağlanmaq təhlükəsi ilə üzbəüz qalacaq. Bankın 2021-ci illə bağlı maliyyə göstəricilərində ehtiyatdan qayıdan vəsaitlə görüntü yaradılıb. Məlumdur ki, 2021-ci ilin əvvəlindən sədr dəyişib, Anar Həsənov gətirilib. Onun əsas işi bütün imkanlarını sərf edib problemli kreditləri qaytarmaqdan ibarət olub. Qeyd olunan proses banka olduqca baha başa gəlib, çünki bir çox problemli müştərilərlə anlaşma əldə edilib, onların faiz borcları silinib. Nəticədə problemli kreditlərə görə toplanmış ehtiyatlar dövriyyəyə qayıdıb və pozitiv rəqəmlər nümayiş etdirməyə çalışdılar”.
Mənbə vurğulayıb ki, 2022-ci ildə problemli kreditlərdən qayıdış gözlənilmir: “Bununla yanaşı, yeni verilmiş kreditlərdən problemə çeviriləcək hissəsi üzrə əlavə olaraq məqsədli ehtiyatların yaradılması qaçılmaz olacaq. Nəticədə cari ildə bankın göstəricilərinin mənfi istiqamətdə ciddi şəkildə dəyişdiyinin şahidi olacağıq. Əminliklə demək olar ki, bank 2022-ci ili böyük məbləğdə zərərlə başa vuracaq”.
İnformasiyada daha sonra “Yelo Bank”da məqsədli ehtiyatların yaradılmasına 40 mln manatdan çox ehtiyat vəsait yönəltməsinə diqqət çəkir: ”Bu rəqəm həqiqəti əks etdirmir. Çünki kredit portfelinin yarısından çoxu ümidsiz - geri qayıtmayacaq kreditlərdir. Ona görə də yaradılan ehtiyatın faiz dərəcəsi 100% olmalıdır. Beləliklə, məqsədli ehtiyatların həcmi 40 yox, azı 200 milyon manat təşkil etməlidir. Bu da bankın məcmu kapitalılın mənfiyə düşməsinə səbəb ola bilər. Yəni Mərkəzi Bankın müəyyən etdiyi 50 milyon manat da aşağı düşə bilər. Hazırda rəhbərlik rəqəmlər üzərində manipulyasiya edir ki, məcmu kapital 50 milyondan aşağı düşməsin, özləri saxtakarlıqla 60 milyon manat civarında saxlayırlar. Nəticədə vətəndaşları aldadırlar”.
Mənbə iddia edir ki, “Yelo Bank”-da bu manipulyasiyalara Mərkəzi Bank şərait yaradır. Paradoksal məqamlardan biri də banklar arasında nizamnamə kapitalına görə, yəni səhmdarın ən çox pul qoyduğu 3-cü olan “Yelo Bank”, kapitalın gəlirliyinə görə demək olar ki, axırıncıdır. Görünür, Azərbaycandakı kapitalından pul qazana bilməyən, uzun illər ərzində bitməyən maxinasiyalardan təngə gələn Vahid Ələkbərov banka əlavə vəsait yerləşdirməkdən imtina edib. Bankın ilk dəfə vəsait cəlb etmək üçün başqa yollara baş vurması bu məlumatın doğruluğunu təsdiq edir. Belə ki, bu gün, yəni fevralın 14-də “Yelo Bank”-ın baş ofisində səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda ilk məsələ bank tərəfindən istiqrazların buraxılması müzakirə olunacaq. Amma çətin ki, batmaqda olan bankın istiqrazları investorlar üçün cəlbedici yatırım sayılsın…
Mənbə “Yelo Bank”da real vəziyyəti öyrənmək üçün daha bir göstəriciyə - əmək haqqı ödənişlərinə diqqət etməyi tövsiyyə edir: “24 mln. manat ödəniş olub. 1000 nəfər işçi varsa, bu rəqəm hər işçiyə 2000 manat maaş deməkdi. Amma bankda sosial ədalət çoxdan pozulub. Yeni cəlb edilmiş işçilərə cəmi 300-350 manat maaş verirlər, rəhbərlik isə 15 - 30 min manat maaş alır. Yəni adi işçi ilə rəhbər şəxslərin gəliri arasında 100 dəfə fərq var. Burada sosial ədalət axtarmaq məntiqsizlikdir”.
Xatırladaq ki, ötən il mətbuatda sözgüdən bankda təmir-tikinti işlərində külli miqdarda vəsaitlərin mənimsənildiyi haqqında məlumatlar yayılmışdı. Həmin materiallarda baş ofisin təmir xərclərinin 20 milyon manata başa gəldiyi, iri həcmdə vəsaitlərin tikinti firmalarından “otkat” şəkilində geri alındığı qeyd olunurdu. Nəticədə təmir işləri keyfiyyətsiz həyata keçirilib, bunu ilk yağışda baş idarədə tavanın çökməsi də təsdiq edir. Vahid Ələkbərovun təşrif etməsindən bir neçə gün əvvələ təsadüf edən bu hadisə bank rəhbərliyini təlaşlandırıb, iki gün gecə-gündüz çalışdıqdan sonra bina açılışa uyğun vəziyyətə gətirilmişdi…
Ayxan Abbasov "Qarabağ"ın milliyə çağırılan 5 oyunçusu barədə sualı belə cavablandırdı - VİDEO
Toral Bayramov millimizin oyununda forma imzaladı - Maraqlı kadrlar yalnız Mia.az-da (VİDEO)
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SOCAR işçilərinin maaşı artırıldı: 30 faiz - Əmr verildi
DÇ-2026: Azərbaycan - Fransa oyununda 4 qol var (YENİLƏNİB)
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Fransa qol vursa, biz də sevinəcəyik - Millinin baş məşqçisi sözünün arxasında duracaqmı? (VİDEO)
Prezident İlham Əliyev Özbəkistanda: "Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də..." - Çıxış + FOTOLAR
Ağdərədə mina partlayışı olub - Yaralı var
Sabah hava necə olacaq? - Proqnoz
Oğuzda oğul anasını öldürüb
Gədəbəydə 59 yaşlı şəxs 37 yaşlı kişini öldürüb
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş