Daha bir deputat Ramiz Mehdiyevi "topa tutdu": “O, nəvəsinə dəbdəbəli toy edəndən sonra getməli idi" - "Bu, yaşlı adamın ağılsızlığı və bədbəxtliyidir”
11-02-2022 [15:47]
“Ramiz Mehdiyev getməli idi, karantin dövründə nəvəsinə dəbdəbəli toy edəndən sonra getməli idi. O toy təkcə karantin qaydalarını pozmaq deyildi, həm də cəmiyyətə meydan oxumaq, “mən qanundan və ictimai rəydən yuxarıdayam” demək idi. Getmədi, ancaq üzüsulu gedə bilərdi”.
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sosial çəbəkədəki hesabında yazıb.
O bildirib ki, R. Mehdiyev həmin vaxt şansını qaçırıb:
“Hər halda üzüsulu getmək üzü tüpürcəkli getməkdən min dəfə yaxşı olardı. Ramiz Mehdiyev Prezident Administrasiyasındakı vəzifəsindən də vaxtında və üzüsulu gedə bilərdi, getmədi. Yalnız əlləri əsməyə, ayaqları büdrəməyə başlayanda yola salındı. İnsaf naminə demək lazımdır ki, layiq olduğundan qat-qat yüksək hörmət və təltiflərlə. Yola salındı, amma yolunu düz tapmadı, sapdı. O yolunu evinə salmalı idi, ömrün qalan hissəsini rahat, səssiz və pisliklərsiz yaşamaq üçün evinə, bağına, kəndinə dönməli idi. Yenə yanlış yapdı. Bəlkə də içində həsədlə yaşatdığı Prezidentlik arzusuna çatmağı Akademiyanın Prezidenti olmaqla reallaşdırmaqla təskinlik tapmaq üçün AMEA-ya getdi. Getməməli olduğu yerə getdi. Getməsəydi unudulacaq, bu çirkinliklər də olmayacaqdı. Bu çirkinliklər heç kəsə lazım deyildi. Özünü böyük görmək, qumdan, torpaqdan düzəltdiyi kiçicik evcikləri böyük saraylar kimi təqdim etmək uşaqlara xas xüsusiyyətdir. Reallıqları düzgün qiymətləndirməmək yaşlı adamın ağılsızlığı və bədbəxtliyidir”.
Deputat bildirb ki, AMEA-nın son məlumatını oxuyub və təəssüflənir: “Təbi ki, bu Akademiyanın mətbuat xidmətinin məlumatı adı ilə paylaşılan hikkəli yazını Ramiz Mehdiyevin özü yazıb. Hətta yaşının doğurduğu təbii diqqətsizlikdən, iki yerdə "mən” şəxs əvəzliyini də redaktə etməyib. Məlumatda Ramiz Mehdiyev haqqında yazıların sifarişli olduğu xüsusi vurğulanır. Bəli, bu yazılar sifarişdir, içtimai-sosial sifarişdir! Alim də, yazıçı da, deputat da, jurnalist də Ramiz Mehdiyevə "get" deyir və bu çağırışlar azalmır ki, artır. Bu dirənişlə Ramiz Mehdiyev nəyə nail olmaq istəyir? Bəzi çağırışlarda eşidirik ki, urvatlı getsin. Urvat, xətir- hörmət qoyubmu ki, urvatlı gedə bilsin?
Bu dirənişdə Ramiz Mehdiyevi neçə alim, ziyalı, deputat, yazıçı müdafiə edib? Hətta Prezident Administrasiyasının rəhbəri olarkən dəstək verdiyi, himayə etdiyi adamlar da onu müdafiə etmir. Ramiz Mehdiyevin saman çöpü kimi "Xural tv" və Əvəz Zeynallıdan yapışması taleyin acı və sərt ironiyası deyilmi? Təcrübəli, dünya görmüş, bilikli, ağıllı adam özünü niyə belə gülüş və rişxənd hədəfinə çevirməlidir? Bu adam, onun yaxınları ictimai əhval-ruhiyyəni görmürlərmi? AMEA- nın Ramiz Mehdiyevlə bağlı məlumatında adı çəkilən, böhtan atılan deputat həmkarlarım ( ən azı " saxta deputat" və "trol" sözlərinə görə) və MSK bu iddiaları hüquqi müstəvidə sorğulamalı, "cib, avtobus müxalifəti" adlandırılaraq aşağılanan partiyalar da təhqirə görə cavab istəməlidirlər. Bu sözləri axmaq və tərbiyəsiz, düşmən maliyyəsi hesabına fəaliyyət göstərən blogerlərdən eşitməklə, Milli Elmlər Akademiyasının rəsmi saytından oxumaq, razılaşarıq ki, fərqli şeylərdir. Bəlkə, Elmlər Akademiyasının da avtobus sürücüsü və konduktoru səviyyəsində düşüncə və mədəniyyət sərgiləməsi Ramiz Mehdiyevin bu elm ocağına yeni tohvəsidir?
Ramiz Mehdiyevin personasını cəmiyyət qəbul etmir. O kənara çəkilməli, yaxud itələnməlidir. Akademiyada mənəvi təmizlik və dezinfeksiya işləri aparılmalıdır. Akademiyanın həqiqi, müxbir üzvləri, institut direktorları ləngimədən bu elm ocağının ümumi yığıncağını keçirməli, məsələyə obyektiv qiymət verməli, ölkəmizdə gedən dərin islahatlar, şəffaflıq, idarəetmədə gəncləşdirmə siyasətinə adekvat qərar qəbul etməlidirlər. Akademiyanın rəhbərliyi gəncləşməlidir, dinamizm artmalıdır, səmərəli fəaliyyət və beynəlxalq əməkdaşlıq yeni mərhələyə qaldırılmalıdır”.
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlaırnı yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
"Qalatasaray" "Napoli"nin oyunusu ilə anlaşıb
"Fənərbağça"nın baş məşqçisi: "Səbrsizliklə gözləyirik"
"Fənərbağça" məşhur futbolçusunu satdı
Dərnəgüldə obyektdəki yanğın söndürüldü - Açıqlamalar (YENİLƏNİR)
Texniki Universitet reytinq cədvəlində irəliləyib
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
PENSİYALAR ARTIRILACAQ - 53 manat...
"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Pentaqon NATO-da əsgər sayını azaldacaq - Qərar verilib
Deputat: ""Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın"
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU (YENİLƏNİB)
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
Ərdoğan partiya sədri ilə görüşəcək
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
Sabah hava necə olacaq? - Proqnoz
Tramp və İlham Əliyev bir-birlərinə məktub göndərib - MƏTN
Çempionlar Liqası: “Qarabağ”ın oyununa 26 mindən çox bilet satılıb
"SOCAR Türkiyə" daha bir əməkdaşlıq sazişi imzalayıb - Açıqlamalar
Səfər Əbiyev jurnalistə hirsləndi: "Ay kişi, nə istəyirsən?"
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünya geridönməz su problemiylə üz-üzə: bir paytaxt susuz qalacaq, digəri isə sürətlə çökür... - BMT həyəcan təbili çaldı, çıxış yolu göstərdi
Departament rəhbəri vəzifədən azad olunub
"Evimdə də çətirim olmayıb və hazırda da yoxdur" - İsa Həbibbəyli
Hərbi xidmətdən möhlət hüququ verilən şəxslərin ölkədən çıxışına qadağa qoyula bilər - Dövlət Xidmətindən elə açıqlama verildi ki...
Azərbaycan Dəmir Yolları stansiyalarının plarformalarında təhlükəli vəziyyət yaranıb
Türkiyə-ABŞ-Suriya üçbucağında PKK-nın taleyi - TƏHLİL
Bölgələrə qar yağır - SİYAHI
İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı nümayəndə heyətini qəbul edib
Azərbaycan nefti 70 dollara dollara satılır